"Polad Bülbüloğlunun “bazar söhbəti” mənlik deyil" – Vəfa Quluzadə

Vefa Q“Dmitri Savelyevin “Avropada adla tanınan Azərbaycan məhsullarını Rusiya bazarlarında da görmək istərdik” bəyanatı Ukrayna hadisələrindən sonra Rusiyanın Azərbaycana qarşı yumşalmasının göstəricisidir”. Bunu hafta.az-a açıqlamasında səfir Polad Bülbüloğlunun “Azərbaycan məhsullarının Rusiya bazarlarına sərbəst çıxışı” ilə bağlı bəyanatına münasibət bildirərkən politoloq Vəfa Quluzadə deyib. Politoloqun sözlərinə görə, Moskva məlum hadisələrdən sonra əhalini ərzaqla təmin etmək üçün alternativ variantlar axtarır:

”Amma elə davranır ki, guya alternativ variantları çoxdur. Öz qürurunu alçaltmaq istəmir”.

Ancaq Vəfa Quluzadə Rusiyadakı səfir Polad Bülbüloğlunun “Azərbaycan məhsullarının Rusiya bazarlarına sərbəst çıxışı və Rusiya hökumətinin bununla bağlı öz üzərinə öhdəlik götürməsinə münasibət bildirməkdən imtina edib: ”Mən bununla bağlı şərh vermək istəmirəm. Bu mənlik deyil”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar