BMT-nin 5 sülhməramlısı öldürüldü

Malidə BMT sülhməramlarına qarşı terror hücumu edilib

BMT-nin 5 sülhməramlısı Malidə terrror hücumu nəticəsində həlak olub.

ANS-in məlumatına görə, yola yerləşdirilmiş bombanın işə salınması nəticəsində BMT-nin bir neçə əməkdaşı da yaralanıb.

Partlayış Kidal şəhəri yaxınlığında baş verib.

Hadisənin məsuliyyətini üzərinə götürən olmayıb.

Bir qədər əvvəl BMT-nin 4 sülhməramlısı bomba partlayışı nəticəsində öldürülmüşdü.

Qeyd edək ki, Malidə 2012-ci ildə hərbi çevrilişdən sonra stabillik və sülh baxımından problemlər yaşanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar