Tunisdə keçirilmiş prezident seçkilərinin qalibi məlum olub
Baxiş sayı:
Dərc olunub:
14/10/2019 - 21:54
Tunisin Seçki Komissiyası ölkədə keçirilmiş prezident seçkilərinin ikinci turunda müstəqil namizəd Kais Səidin qələbəsini təsdiqləyib.
Bu barədə "Report" AFP-yə istinadla xəbər verir.
"Səid Tunisdə prezident seçkilərində 72,71% səslə qalib gəldi", - agentlik yazır.
Oktyabrın 13-də bildirilirdi ki, Səid Tunisdə prezident seçkilərində qələbə qazanıb. "Exit poll"un nəticələrində də prezident seçkilərində müstəqil namizəd Kais Səidin qalib gəldiyi bildirilirdi. "Sigma Conseil" şirkətinin keçirdiyi rəy sorğularında qeyd edilirdi ki, professor 76,9% seçisi səsi toplayıb.
Ötən gün Tunisdə prezident seçkilərinin ikinci turunun səsverməsi keçirilib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.