Baş nazir istefa verdi

Şotlandiyanın baş naziri Aleks Salmond Şotlandiyanın Böyük Britaniyadan ayrılmasına dair referendumdan sonra istefaya getdiyini bəyan edib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, seçkinin yekun nəticələrinə görə seçicilərin 55,3%-dən çoxu müstəqilliyin əleyhinə səs verib.

Bundan əvvəl A. Salmond səsvermənin nəticələrini qəbul etdiyini, lakin Şotlandiyanın idarəetmə hüquqlarının və səlahiyyətlərinin genişləndirilməsinin vacib olduğunu vurğulamışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar