Türkiyədə müalicə olunan Xalq artisti Bakıya qayıdıb

Türkiyədə müalicə olunan Xalq artisti, müğənni Yalçın Rzazadə xəstəxanadan evə buraxılıb.

Bunu "Report"a Y.Rzazadənin oğlu Mətin Rzazadə deyib.

O bildirib ki, Y.Rzazadə artıq Bakıdadır.

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond nəzarətinə götürüb. Y.Rzazadə müayinə və müalicə olunması üçün Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birinə aparılıb. O, əməliyyat olunub.

Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar