"Elə bil, kimsə deyir ki, Qarabağ nəyinizə lazımdır..." - Fərhad Bədəlbəyli

“O qədər festivallar keçiririk, vəsait ayrılır, Qarabağ məsələsinin təbliğatı üçün niyə maliyyə vəsaiti ayrılmır? Deputatlardan xahiş edirəm ki, Maliyyə Nazirliyinə təkliflər versinlər. Vəsait olmazsa, kimsə nəsə edə bilməz”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda keçirilən iclasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətinin üzvü Fərhad Bədəlbəyli deyib.

F.Bədəlbəyli televiziya kanallarını tənqid edib:

“Məni telekanalların veriliş siyasəti çox narahat edir. Gündəlik yalnız əyləncə, boş-boş söhbətlər... Məsələn, orta ümumtəhsil məktəblərində hər gün ilk dərs zamanı Qarabağdan danışıla bilər. Bir az ciddi olmaq lazımdır, bu, bizə çox lazımdır. Elə bil, kimsə deyir ki, kef çəkin, əyləncə mərkəzlərinə gedin, Qarabağ nəyinizə lazımdır... Vəziyyət çox acınacaqlı və faciəvidir”.

635x100

Şərhlər

vidadi goyce 2019-10-15 20:09:11

axir ki, bir ziyali tapildi,b.vahabzadeden ve i. shixlidan sonra heqiqeti dedi. yashasi ziyali.

yalçın 2019-10-15 20:09:11

özləri. tayfa-tüləsi heç əsgərlik belə görməyən, 30 ildə burunları belə qanamayan canişin irəhbələrdən nə gözləmək olarki....

marif mellim 2019-10-15 20:09:11

Bes bu sozleri prezidentle goruwte niye demirdiz?

dadaşyev 2019-10-15 20:09:11

Bəli,Fərhad müəllim.Televiziyanın bu cür təbliğatının nəticəsidir ki,kafelərdə,restoranlarda yeyib-içib kef çəkənlərin həmən-həmən hamısı yurdlarını tərk etmiş həmvətənlərimizdi."Qaçqın" demirəm,çünki 30 il qaçmaq olmaz.Zamanın aktual problemlərini aparıcılar yalnız manıs və manisələrlə,ya da seriallarda ağızlarını begemot kimi sona qədər açıb şaqqanaq çəkən qadınlarla müzakirə edir.Biri var,saçını saraltmış yekə arvaddı,güləndə ağzını elə açır ki,qırtlağı görünür.Ayıb deyə bir şey var,ay xanım,bəsdi də.

Son yazılar