Bolqarıstan hökuməti ölkənin Futbol İttifaqına ultimatum verib

Bolqarıstan hökuməti Bolqarıstan Futbol İttifaqına ultimatum verib.

“Report” “Kanal 3”ə istinadən xəbər verir ki, ölkənin gənclər və idman naziri Krasen Kralyov təşkil olunan brifinqdə qurumun prezidenti Borislav Mixaylovun istefasını tələb edib. Buna səbəb Bolqarıstan millisinin AVRO-2020-nin seçmə mərhələsində evdə İngiltərə yığmasına 0:6 hesabı ilə uduzduğu görüşdə yerli azarkeşlərin irqçi davranışlara yol vermələridir.

Kralyovun sözlərinə görə, bununa bağlı ölkənin baş naziri Boyko Borisov göstəriş verib: “Dünənki hadisələri nəzərə alaraq, baş nazir Boyko Borisov Bolqarıstan Futbol İttifaqının prezidenti Borislav Mixaylovun istefasına qədər qurumla əlaqələri, o cümlədən maliyyəni dayandırmağı əmr etdi. Mixaylovun istefasını təkcə dünənki hadisələrə görə deyil, Bolqarıstan futbolunun hazırkı vəziyyətinə görə istəyirik. Artıq dövlət bu cür davranışlara göz yuma bilməz”.

Mixaylov 2005-ci ildən Bolqarıstan Futbol İttifaqına rəhbərlik edir. O, ötən il növbəti 5 il müddətinə prezident postuna təkrar seçilib.

Qeyd edək ki, FIFA-nın Nizamnaməsinə əsasən, hökumət milli assosiasiyanın işlərinə müdaxilə edə bilməz. Bolqarıstan yığması seçmə mərhələdə yer aldığı A qrupunda 7 oyundan 3 xal toplamaqla sonuncu yerdədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar