“LAZIM GƏLƏRSƏ, RUSİYA İLƏ VURUŞMALIYIQ” – “AXCP və Müsavat siyasi səhnədən getməyincə...”

“AzPolitika.info”-nun gündəmin aktual məsələlərinə dair suallarına Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu cavab verib.

Onunla müsahibəni təqdim edirik:

- Sərdar bəy, Dağlıq Qarabağ münaqişəsinə dair aparılan danışıqlar prosesi faktiki dayanıb və hazırda tərəflər, belə demək mümkünsə, bir-birinin əsəblərini sınağa çəkməklə məşğuldur. Paşinyan “Qarabağ Ermənistandır, nöqtə” bəyanatı verir, Azərbaycan Prezidenti İlham Əliiyev ona cavab olaraq “Qarabağ Azərbaycandır, nida” bəyanatı ilə onun ağzından vurur. Danışıqlar prosesinin yerini faktiki olaraq informasiya müharibəsi əvəz edib. Bu baxımdan, sizcə, hadisələrin inkişafı hansı ssenari üzrə gedə bilər?

- Əslində Paşinyanla bizim bəyanatımız arasında fərq var. Paşinyan ərazilərimizi işğal edib, indi isə onu ilhaq etməyə çalışır. Faktiki olaraq gəlib bizim torpaqlarda belə bəyanatlar səsləndirir. Düzdür, İlham Əliyev ona cavab verdi, amma faktiki olaraq Azərbaycan dövlətinin bu torpaqlar üzərində nəzarəti yoxdur. Və yaxud bu torpaqlara nəzarəti bərpa etmək üçün heç bir addım atmırıq.

Mən, danışıqlar prosesini, Minsk Qrupunun fəaliyyətini əslində böyük siyasətdə Qarabağın dinc yolla ermənilərə verilməsinin tərkib hissəsi kimi görürəm. İndi mənə tam aydındır ki, bu oyunlarda məqsəd Qarabağı bizdən alıb ermənilərə verməkdir. Bizim çıxış yolumuz Minsk Qrupunun fəaliyyətindən imtina etmək və Lissabon sammitinin nəticələrini tanımamaqdır. Lissabon sammitində Dağlıq Qarabağ Azərbaycan və Ermənistan arasında mübahisəli torpaq kimi qəbul edilib. İlham Əliyev hakimiyyətə gələndə dedi ki, indiyə qədər Dağlıq Qarabağla bağlı atılan addımları bir kənara qoyub, biz sıfırdan başlayacağıq. İlham Əliyev hakimiyyətə gələndə hansı mövqeni ortaya qoyubsa, indi o mövqedən başlamaq lazımdır. Lissabon sammitinin nəticələrindən, Bişkek sazişindən, Minsk Qrupunun fəaliyyətindən imtina etməliyik.

- Bunlardan imtina etməklə Qarabağ bizim olacaq?...

- Bundan sonra, beynəlxalq hüquqdakı təcavüz haqqında qətnaməyə əsaslanaraq, sənin istənilən formada öz torpaqlarını azad etmək hüququn yaranır. Məsələn, bu gün Türkiyə Suriyaya daxil olub və hər addımda beynəlxalq hüququ əsas gətirir. Azərbaycan da işğal edilən ərazilərdə əməliyyat aparmaq üçün, torpaqlarının işğal edilməsi vəziyyətini yaratmalıdır. Bişkek sazişindən imtina etməliyik. Əgər etməsək, necə hərbi əməliyyatlara başlaya bilərik? Əvvəl imtina etməli, sonra hərbi əməliyyatlara başlamalıyıq. Lazım gələrsə Rusiya ilə vuruşmaq lazımdır. Əgər Rusiya Ermənistanın tərəfini saxlayacaqsa və ya erməni tərəfindən vuruşacaqsa, biz də tərəfimizi müəyyən edib Rusiya ilə vuruşmalıyıq. Əks halda torpaqlarımız əldən gedəcək. Başqa seçimimiz yoxdur. Bu necə ola bilər ki, Bakının əhalisinin yarısının yarısı qədər olan Ermənistan bizə qalib gəlib? Hətta erməni əhalisinin qadın və uşaqları da əlinə avtomat alsa, bizə qalib gələ bilməz. Bu baxımdan, mənə elə gəlir ki, hakimiyyət ciddi addımlar atmalıdır.

- Hakimiyyət komandasını və siyasətini kifayət qədər tənqid edirsiniz. Bəs müxalifət düşərgəsində vəziyyət necədir?

- Bu cür hakimiyyətin elə bu cür də müxalifəti olar. Xalq özü passivdir, fəal deyil. Bizim xalq elə bilir ki, Qarabağ üçüncü dövlətin ərazisidir, tamaşa edir görsün ki, Minsk Qrupu nə deyəcək, siyasətçilər hansı bəyanatı verəcək. Xalq da dövlətlə bərabər vətəni qorumalı, torpaqları işğaldan azad etməlidir. Qarabağ həm də cənubda yaşayan soydaşlarımızın vətənidir. Bu məsələni də gündəmə gətirmək lazımdır.

- Müxalifətin vəziyyəti...

- Həddən artıq pis, dağınıq, gücsüz, ziddiyyətli və qarışıq bir vəziyyətdir. Bunun da başlıca səbəbi revanşist qüvvələrin siyasi səhnədə olmasıdır. Revanşist qüvvələr hakimiyyətlə normal siyasi mübarizə aparmağa imkan vermir. Bu iqtidar revanşist qüvvələri hakimiyyətdən salıb, bunlar yenidən hakimiyyəti ələ almaq istəyirlər. Revanşizmin tərifi politologiyada var. Məsələn, bizim iqtidarla müxalifətçiliyimizlə AXCP və Müsavatın müxalifətçiliyi arasında uyğunluq ola bilməz. Onlar devrilən hakimiyyətlərini geri qaytarmaq istəyirlər, biz isə öz hakimiyyətimiz uğrunda mübarizə aparırıq. Bunlar fərqli şeylərdir. Bu səbəbdən də revanşist qüvvələr ölkə siyasətində avanqard kimi çıxış edirlər. AXCP və Müsavat siyasi səhnədən getməyənə qədər Azərbaycanda normal iqtidar-müxalifət münasibətləri yaratmaq mümkün olmayacaq.

- Müsavatın qurultay prosesini izlədinizmi?

- İsa Qəmbər Müsavat rəhbərliyindən getdikdən sonra partiya gücünün 80 faizini itirdi. O zaman “Yeni Müsavat” Müsavatı gündəmdə saxlayırdı, İsa Qəmbərin böyük nüfuzu var idi. İsa Qəmbər getdi, “Yeni Müsavat” partiyadan ayrıldı və Müsavat gücünü itirdi. Mən bir neçə dəfə müxalifətin bir araya gətirilməsi haqda danışıqlar aparanda digər partiya sədrləri açıq deyiblər ki, Müsavata nə ehtiyac var.

- Yəni Müsavatda kimin başqan olmasının əhəmiyyəti qalmayıb?...

- Başqanın kim olması Müsavatı dirildə bilməyəcək. Niyə? Hətta İsa Qəmbərin özü geri qayıtsa belə, vaxtında onun tutduğu mövqeyə görə Müsavatdan gedənlər geri qayıtmayacaq. Müsavatın da gücü əsasən gedənlər, intellektuallar idi. Onlar da axıb getdi. Yerdə qalanlar nisbətən aşağı səviyyədə olan üzvlərdir. Bu güclə Müsavat bir iş görə bilməz. Arif Hacılının özünün xarakteri də imkan vermir ki, Müsavat inkişaf etsin. Açığı, başqanlığa namizədlərdən Yadigar Sadıqlının fikirləri diqqətimi cəlb edirdi. Onun savadı, xarizması var, həbs görmüş adamdır.

- Bəs AXCP-nin müxalifətdə, ümumiyyətlə siyasətdəki mövqeyi necədir?

- AXCP də revanşist qüvvədir. Hakimiyyətə gəlmək iddiasındadır, amma Əli Kərimli də gücünü itirib. İndi parlamentdə olan 5-6 deputat vaxtilə onun müavinləri olub. Hökumət də onu sıxır. Fikrimcə, Əli Kərimlinin Arif Hacılı kimi müxalifət düşərgəsində qeyri-konstruktiv mövqe tutması, digər qüvvələrə yaxınlaşmaq istəməməsi həm də onların nailiyyətsizliyi ilə bağlıdır. Bu qüvvələr uzun illər revanşist siyasət aparıblar, bunun da nəticəsi olmayıb. İndi də nailiyyətsizliyin günahını başqa partiyaların üzərinə atırlar. Əslində buna məcburdurlar. Odur ki, AXCP və Müsavatın ritorikasında bütün partiyalar satqın və xəyanətkar elan olunur, nailiyyətsizliyin səbəbləri onların üzərinə atılır. Halbuki, onların özləri zamanında satqınlıq ediblər. Bu partiyaların ayrı-ayrı dövrlərdə parlamentdə təmsil olunması, MSK üzvü olan nümayəndələrinin fəaliyyəti ortadadır. Ən qəribəsi budur ki, bunlar bir-biri ilə yaxınlaşa bilmir və bir-birini ittiham edirlər. Həm də ziyanlı siyasət aparırlar. Xalq onsuz da onların ətrafına toplaşmır. Amma onlar da xalqın başqa qüvvələrin ətrafına toplaşmasına imkan vermirlər.

- AXCP-nin Bakı meriyası qarşısındakı piketinin nəticələrini necə qiymətləndirirsiniz?

- Heç kəsin küçəyə çıxmadığı indiki dövrdə 50 nəfərin küçəyə çıxması bir hadisədir. Amma piketin təşkilatçılarının əvvəl mitinq keçirmək iddiası və sonradan piketə razılaşması da ironiyadır. Bakı meriyasının verdiyi qərara etiraz edərək Lökbatana getmirsən, amma sonra onun verdiyi qərara əsasən piket keçirirsən. Bu Azərbaycanda sərbəst toplaşmaq azadlığını dəyərdən salan addımdır.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

dadaşyev 2019-10-15 18:31:55

Qəfildən yarım milyard kredit görüb çaşan bir varlımız Avropaya səfərə çıxıb,köməkçisi deyib ki,intelligent görünmək üçün gəl əvvəlcə rəsm qalereyasına gedək,elə bilsinlər obrazavolskiyik.Qalereyada bir xeyli bir şəklə baxıb,deyib "axmaq adama oxşayır",köməkçisi deyib "bu şəkli alaqmı?"Bu da deyib "Mənə lazım olsa alaram".Yaxındakı bir rəssam eşidib,elə bilib "Mona Liza" deyir,deyib müsyö,siz baxan şey güzgüdü,"Mona Liza" o yandadı.İndi ola bilsin "lazım olsa" fransız sözüdü,Mona Lizayla əlaqəlidi.

dadaşyev 2019-10-15 18:31:55

davamı;Ruslar qayaya dırmanana "skalolaz",dalğıca "vodolaz" deyirlər.Ola bilsin keçmiş əyyamlarda rus sahil şəhərlərini almaq üçün dalğıca və qayaya dırmananlara ehtiyac olub,onlar gələnə qədər gözləməli olmuşuq,o ərəfədə Sərdar bəy kimi biliciyə soruşanda ki,niyə o qalanı hələ də alammamışıq,deyib "vodolaz"ım,"skalolaz"ım gəlsə alacağıq.Düşmən tərəf işi anlamasın deyə "vodo" və "skalo" sözlərini deməyib,beləcə dilimizə "vodolazım-skalolazım gəlsə" sözləri təhrif olaraq "lazım gəlsə" şəklində keçib.Belə.

dadaşyev 2019-10-15 18:31:55

davamı;Digər bir versiyam az inandırıcıdır,guya "Lazım" sözü Türkiyənin şimal-şərqində yaşayan lazlarla bağlıdır.Çünki lazlar elə gürcülərdir,kartli-kaxetlərdi,sadəcə Osmanlı vaxtından oralarda yaşayıblar.O uzaqlıqdakı lazın gəlməsindənsə elə qonşuluqdakı "kartlim-kaxetim" gəlsə,"gürcüm" gəlsə demək olmazdımı?Bəziləri hətta "lazım" sözündəki ilk hərfin əsrlərlə deformasiyaya uğradığını deyir.Qazım gəlsə,sazım gəlsə,dazım gəlsə,cazım gəlsə,nə bilim qozum gəlsə olub guya.Camaatdı da,nə olsa danışır.

dadaşyev 2019-10-15 18:31:55

Sovet vaxtı "LAZ" avtobusları vardı."PAZ"dan böyük."Bir qalanın sirri"ndə pionerlərin mindiyi avtobus var haa,bax onnan.Lazım gələrsə sözü "LAZ"ım gələrsə deməkdir məncə.Yəni bu adam demək istəyib ki,mənim "LAZ" avtobusum gəlsə Rusiya ilə də vuruşa bilərik.Ola bilsin məsləkdaşları "PAZ"a sığmaz,"LAZ"a sığar,ona görə belə deyib.Görünür "LAZ"ı ancaq doldurarlar,çünki çox olsaydılar,"İKARUS"um gəlsə,Trolleybusum-tramvayım gəlsə,Bakı-Gəncə sürət qatarım gəlsə,AN-12 gəlsə Rusiya ilə vuruşa bilərik deyərdi.

araz 2019-10-15 18:31:55

товариш dadaşyev Sokrat müəllim demişkən sən əbədiyyən bilmediyini bilməyənlərdənsən. Rusiya tarixən sionist evangilistlərin qurduğu bir devlətdir adı ruslarındı amma dadı onların.Rusiya faktiki bir saata Tiflisi almaq gücündə idi amma almadı - yəni buna icazəsi yox idi.Azərbaycan ,Rusiya ilə hərtərəfli əlaqələr qurmalıdır və indiki hakimiyyət də bunu uğurla aparır.Səbirli olmaq lazımdır necə ki Çin bunu Hongkongda nümayiş etdirir.Tələsəndə təndirə düşmək təlükəsini yadda saxlamalıyıq.

avam şofer 2019-10-15 18:31:55

Umumiyyətlə LAZIM sözünü azərbaycan lüğətindən və söz leksikonundan çıxarmaq LAZIMDIR....üzr istəyrəm GƏRƏKDİR.Bu söz millətimiz üçün təhqir kimi səsləndiyi üçün təklif məntiqli qəbul olunmalıdır.

samir Mehemmedi kendi 2019-10-15 18:31:55

Bu ne daniwir ...

AAgahuseyn 2019-10-15 18:31:55

Sizin bədbaxlıqınız mənəm-mənəmikdir.Sən kimsən ki belə fikir yüyrüdürsən sizinkimilərin PARTİYASI ailə partiyasıdır bundan o yana deyil.AZƏRBAYCANDA real partiyalar YAP,AXCP,MUSAVAT-dır.Qalan partiyalar cırtdan partiyalardır onların üzvülərinin sayı bir ya iki ailədən ibarətdir.

patriot 2019-10-15 18:31:55

sərdar bəy mən sizə hörmət edirdim bir savadli alim kimi amma ixtidarin xoşuna ğəlmək ücün nahaq danışmayin!!!

dadaşyevə 2019-10-15 18:31:55

Elementar bir şeyi bilməyən adamsan nə gəldi danışırsan .Rusiya ilə lap müharibə etsək Rusiyanın ballistik raketinin və atom bomsının buna nə dəxli var.Ballistik raket uzağa nüvə başlığıənı tez çardırmaq üçündür və adi bombanı onunla istifadə etmətə dəyməz Bizə onu atmazlar Atom bombasını da duxları çatmaz dünya qalxar ayağa.Miyondan az olan çeçenlər oturtmuşdu Rusiyanı yetərki iradə olsun kişilik olsun. arada satqınlar olmasın.Çeçenlər indidə qalibdirlər kontribusiya alıb rusdan əla yaşayırlar

Bəhramtəpədən 2019-10-15 18:31:55

ADP sədri Qarabağın azadlığına ciddi addım atmadığımızı qeyd edib. Xalq 1988ci ildən hər müxalifəti və iqtidarı buna inamla seçib. Vəzifə tutulan kimi ATƏT, BMT, Kreml bəhanələri ortaya qoyulub? Jirinovski demişkən-iqtidar olsun Kremlin filialı? Heç bir partiya belə qəti-hüquqi Qarabağ həllini bəyan etmir? Qarabağ münaqişəsi ən vəhşi-Hərbi Genosid Cinayətidir və biz onu tamamilə əks tolerant münasibətlə almaq istəyirik? Nəinki, kənarın qəti hüquqi addımı, heç bir qəti tələbimiz belə bəyan edilmir?

Oxucu 2019-10-15 18:31:55

Bunların hamısını bir torbaya salıb,ağzını da bərk-bərk bağlayıb aparıb Xəzər dənizinin ən dərin yerinə atmaq lazımadır.Qoxunuz kəsilsin.

Mehman 2019-10-15 18:31:55

A kişilər əl çəkin bu Lazımdan.Gəlməyəcək. Kimin üzünə gəlsın?

Mirzə AĞ 2019-10-15 18:31:55

Bədbəxt "Lazım"ı biryolluq gedər-gəlməzə "deportasiya" etmişiniz!!! Barı danışmayın, heç olmasa özünüzə hörmət eləyin...

Vətəndaş 2019-10-15 18:31:55

Sən əsl müxalifətsənsə çıxardə mitinqə çox demirəm 300-500 nəfər.

Başirov Qarib 2019-10-15 18:31:55

Bu nə qəribə açıqlamalardır belə.Sərdar bəy,butun dunyada iqtidar-muxalifət əvəzlənməsi təbii qarşılanır, biri digerinə nə revanşist deyir, nə də siyasətdən tamamilə getməsini tövsiyyə və tələb etmir.Muxalifətin numayəndəsinin nə vaxtsa parlamentdə təmsil olunmasını satqınlıq adlandırmaq, başqalarına siyasi dərslər verməyi öhdəsinə göturən sizin hansı təfəkkurə malik olmanızın göstəricisi olsun, gərək.İQ göstəricisi tavana dirənən birisinin bu qəribə açıqlaması,iradəsinin zorlanmasına dəlalət edir, məncə.

dadaşyev 2019-10-15 18:31:55

A balam,sən əvvəlcə Xəzəri çəpərləyən qalaçaları sökməyi bacar,sonra Rusiya ilə vuruşmaqdan danış.Hər yay gələndə çimərlik mövsümündə şüvən qaldırırıq,sonra payız gəlir,qış gəlir,yaz gəlir,unuduruq.Bizim ziyalımıza bax sən canın.Rusiya ilə vuruşmağa dux var səndə?Ballistik raketlərin varmı,nüvə silahın varmı?Nə danışırsan?Rusiya bir öskürsə bir sutka drojeniya verərsən,most-difer filan qalmaz,raman əyilər,korobkan dağılar,motorun stuk eliyər,pompan partlayar.Əh.

dadaşyev 2019-10-15 18:31:55

davamı;Bizim o boyda Rusiya ilə savaşmaq gücündə olmadığımızı uşağın da bildiyi halda bir partiya sədrinin belə cəfəngiyat danışması çox təəssüfedicidir.Çünki belə məsuliyyətsiz sözlərə inanan yazıq millət 90-ın yanvarında gecə yatmayıb Bakının küçələrinə axışdı,yüzlərlə günahsız insanın qanı axdı getdi.Amma o məsuliyyətsizlərdən birinin də burnu qanamadı,çoxusu bu gün də dəf kimidi maşaallah.Xımır xımır yeyib içir.Birisi hətta bekarçılıqdan toplantılarda Stalin kimi gəzişə-gəzişə qəlyan çəkir.

Son yazılar