Türkiyə İŞİD girovluğundakı 49 vətəndaşını azad etdi - Video [Yenilənib]

Baş nazir Davudoğlu bu barədə Azərbaycanda açıqlama verib

Türkiyənin baş naziri Əhməd Davudoğlu, İŞİD-in girov götürdüyü 49 diplomatın Türkiyə vaxtı ilə saat 5:00-da (Bakı vaxtı ilə 07.00) Türkiyəyə qaytarıldığını bildirib.

Davudoğlu, səhərə yaxın verdiyi şərhdə bunları bildirib: “Gecə yarısı girovlarla ilk təmas təmin edilib və saat 05:00-a kimi də Türkiyəyə gətiriliblər. Artıq prezidentə də lazımi məlumat vermişik. Mən də buradan (Azərbaycandan) 49 vətəndaşımız ilə görüşmək üçün Şanlıurfaya gedəcəyəm”.

Baş nazir girovların sağlamlığına toxunaraq: “Sağlamlıq Vəziyyətləri yaxşıdır. Başda, Kəşfiyyat təşkilatımıza, mətbuata və bütün vətəndaşlarımıza təşəkkür edirəm. Böyük keçmiş olsun”.

AzPolitika.info-nun məlumatına görə, prezident Ərdoğan girovların həyata keçirilmiş uğurlu əməliyyat nəticəsində azad olunduğunu bildirib: "Bu günə qədər Milli İstihbarat Təşkilatı məsələni çox həssas şəkildə səbirlə izləmiş, nəhayət uğurlu xilasetmə əməliyyatı həyata keçirmişdir. Əməliyyatda iştirak edən MİT üzvlərinin hər birinə təşəkkür edir və uğurlu əməliyyata görə onları təbrik edirəm."

Xatırladaq ki, iyunun 11-də Türkiyənin Mosuldakı konsulluğunun 49 əməkdaşı İŞİD terrorçuları tərəfindən girov götürülmüşdü.

AzPolitika.info azad edilən girovların saxlanıldığı binadan ilk görüntüləri təqdim edir:

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar