NAZARBAYEVDƏN BAKIDA DƏYƏRLİ TƏKLİF - "Şuramızı Türk Ölkələrinin Təşkilatı adlandiraq"

Qazaxıstanın birinci prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev şuranın adının Türk Ölkələrinin Təşkilatına dəyişdirilməsinə təklif edib.

"Report" xəbər verir ki, bu təklifi N.Nazarbayev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci sammiti zamanı səsləndirib.

“Mənim iki təklifim var. Birincisi “Türk Baxışı 2040” proqramı hazırlansın. İkincisi Türkdilli ölkələr Şurasının adının Türk Ölkələrinin Təşkilatına dəyişdirilməsidir. Hesab edirəm ki, şuranı təşkilat səviyyəsinə qaldırmaq mümkündür. Bununla əlaqədar şuramızı Türk Ölkələrinin Təşkilatı adlandira bilərik”.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə təşkilatın üzvləridir. Macarıstan isə müşahidəçidir.

Mövzu ilə bağlı Axar.az-a danışan xalq şairi Sabir Rüstəmxanlı Nursultan Nazarbayevin bu təklifini çox yerində edilmiş təşəbbüs kimi qiymətləndirib: “Hesab edirəm ki, “türk dövlətləri” adı altında bir araya gəlmək bütün türkdilli dövlətlərin xeyrinə olar. Hazırda bu təklifin həyata keçməsi o qədər real görünməsə də, gələcəkdə müəyyən işlər aparılarsa, düşünürəm ki, belə bir birlik qurula bilər. Türklərin inteqrasiyası arzuolunan bir məsələdir. Ümid edirəm ki, Nazarbayevin bu təklifini bütün türk dövlətləri dəyərləndirəcək”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar