UEFA-dan "Qarabağ"a 1 milyon 140 min avro

Azərbaycan klublarının 2019-2020-ci il mövsümündə UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirakı üçün UEFA-nın ayırdığı vəsait AFFA-nın vasitəsilə klubların büdcəsinə köçürülüb.

Qol.az AFFA-nın saytına istinadla xəbər verir ki, UEFA Çempionlar Liqasında iştiraka görə “Qarabağ”ın hesabına 1 milyon 140 min avro həmrəylik ödənişi daxil edilib.

UEFA Avropa Liqasında iştirak üçün “Neftçi”yə 780 min avro, “Qəbələ”yə 260 min avro, “Səbail”ə isə 240 min avro həmrəylik ödənişi verilib.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar