İran və ABŞ ticarət əlaqələrin genişləndirir

Beynəlxalq İran Ticarət Palatası Komitəsi baş katibi Məhəmməd Hüseyn Bəhkiş bildirib ki, iki ölkə arasındakı ticarət əlaqələrinin inkişaf etdirilməsi məqsədilə İran və ABŞ arasında ortaq ticarət palatasının qurulacağını bildirib.

Bu barədə xəbəri Mehr xəbər agentliyi yayıb.

Xəbərdə qeyd edilir ki, Bəhkiş bunları qeyd edib: "Keçən il prezident Həsən Ruhaninin Nyu-Yorkdakı Birləşmiş Millətlər Təşkilatının toplantısından İrana döndükdən sonra işlərinə başlanan İran-ABŞ Ortaq Ticarət Palatasının qurulması dəqiqləşdi. Bu iş əsnasında ABŞ heyəti işimizi asanlaşdırarkən, İsrail yolumuza daş qoymağa çalışdı. Lakin İran heyətinin səylərilə palatanın qurulması üçün razılaşmaya gəldik".

Qeyd edək ki, İran gömrük komitəsinin son 5 aylıq məlumatlarına görə, ABŞ-a ixrac təxminən 207 min dollar, idxal isə 50 milyon 500 min dollar təşkil edir. /anspress

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar