Çavuşoğlu və Pompeo Türkiyəyə tətbiq edilən sanksiyaları müzakirə ediblər

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və ABŞ Dövlət kabiti Mayk Pompeo arasında telefon danışığı olub.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, tərəflər telefon danışığında Türkiyənin Suriyada apardığı “Barış bulağı” hərbi əməliyyatını və bununla əlaqədar ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları müzakirə ediblər.

M. Pompeo ABŞ nümayəndə heyətinin Türkiyəyə səfər edəcəyini də bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar