Suriyada Türkiyə ordusunun 2 əsgəri şəhid olub

Dərc olunub: 15/10/2019 - 18:53

295da5d1a9eede8Suriyanın Menbic bölgəsindən terrorçular tərəfindən Türkiyə Silahlı Qüvvələrinin mövqeləri minaatanlardan və top mərmilərindən atəşə tutulub.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, nəticədə Türkiyə ordusunun 2 əsgəri şəhid olub, 8 əsgər yaralanıb.

Türkiyə Müdafiə Nazirliyindən bildirilib ki, terrorçulara dərhal qarşılıq verilib, ən azı 15 terrorçu zərərsizləşdirilib.






loading...


Fikrinizi bildirin