"NİKOİL BANK"IN VƏZİYYƏTİ YENƏ “RUSCADIR” - Artıq 4 ildir ki, zərərlə işləyir

"Nikoil Bank”-ın cari ilin 9 ayının nəticələrini əks etdirən hesabatı göstərir ki, bank heç cür zərərdən çıxa bilmir. “AzPoıitika.info bankın maliyyə hesabatına istinadla xəbər verir ki, “Nikoil Bank” 3-cü rübü də ziyanla başa vurub. Bunun başlıca səbəbi isə bankın aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına böyük məbləğdə -13 mln. 888 min manat ayırmağa məcbur olmasıdır.

Bununla yanaşı, bankın məcmu kapitalında 6.2 faizlik, yəni 4.3 milyon manatlıq azalma müşahidə olunub. Nəticədə bankın məcmu kapitalı 65 milyon manata enib ki, bu da yaxşı göstərici sayıla bilməz.

Ancaq bankın cari ilin üçüncü rübü üzrə cəmi aktivləri 446 mln. 986 min manat olub. Bu isə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 9,8% çoxdur. Sözügedən dövrə "Nikoil Bank"ın depozit portfelinin həcmi 280 mln. 725 min manat təşkil edib. Bu isə 2018-ci ilin üçüncü rübü ilə müqayisədə 31,4% çoxdur. Bankın cəmi öhdəlikləri isə 1 il ərzində 13,1% artaraq 381 mln. 959 min manata çatıb.

2019-cu ilin yanvar-sentyabr aylarında bankın xalis faiz gəlirləri 32 mln. 304 min manat, xalis qeyri-faiz xərcləri 20 mln. 36 min manat olub. Əməliyyat mənfəəti 12 mln. 268 min manat təşkil edən bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 13 mln. 888 min manat ayırıb və beləliklə də, "Nikoil Bank"ın xalis zərəri 1 mln. 621 min 140 manata çatıb. Onu da nzəzrə almaq lazımdır ki, bank mənfəət vergisi ödəməyib. Bankın ehtiyat fonduna böyük məbləğdə vəsait ayırması isə o deməkdir ki, problemli kreditlərinin həcmi olduqca böyükdür. Bu isə istənilən bankın “çöküşünün” əsas səbəbi sayılır.

Xatırladaq ki, “Nikoil Bank” ötən ilin 4 rübü ərzində 135,20 mln. manatlıq zərər etmişdi. Bununla da bankın yığılmış zərəri artaraq, təxminən 290 milyon manata çatmışdı. İndi isə bu zərər 1.6 milyon manat da artmış olur. Ümumiyyətlə, bankın tarixinə baxsaq, 2015-ci ildəki devalvasiyalar ardından bu günə qədər zərərlə işini davam etdirən çox az banklardan biridir. Artıq 4 ildir ki, ardıcıl olaraq “Nikoil Bank” zərərlə işləyir. Bank 2015-ci ildən bu günə qədər bir dəfə də olsun mənfəət əldə etməyib.

635x100

Şərhlər

Kasib 2019-10-16 08:54:50

Men yetim 2 min manatimi ala bilmirem dedirler ki erize yaz 2 aya verejekler puluvu. Basha dushmurem bir bele bankin 2 min manati yoxdur? Ele men yetimin pulunu gerek yeyerdiz? Ne yaxshi krediti 1 gun gecikdirende adamin 7 gat nesline zeng edib rusvay edirsiz. Bes men hara zeng edim onda?

Muwteri 2019-10-16 08:54:50

Zalatoy karonaynan pul alanda mene chek vermir deyirler ki sistem iwlemir. Pulun qaligini da az verdiler. Men hara wikayet edim. Chek amma yoxdur.

Salman Gadjiyev 2019-10-16 08:54:50

Nikoyl Banki bu veziyyete getiren sedr muavini Emil Memmedov olub. Onun bagladigi yalanci girovlu zaminsiz kreditler bugun bu banki geder gelmez yola salib. Emil Memmedov indi de Ipoteka Fondunu dagidir oranin kreditleri azalib hamisini banklara yuxari faizle kredit verib yeyirler. Ipoteka teyinati uzre dovletden ayrilan pullar yuxari faizle banklara istehlak kreditleri uchun satilir fergi de gedir Emilin cibine.

Melik Israfilov 2019-10-16 08:54:50

Ona gore emanet faizlerini 14 faize qaldiriblar. En yuksek faizdi banklar arasinda. Eger Bank saglamdirsa hec vaxt emanet faizlerini bu seviyeye galdirmaz. Nikoyl artiq can verir.

Emanetchi 2019-10-16 08:54:50

Menim emanetimi bankdan ala bilmirem. Deyirler ki kassada vesait yoxeur olanda siznen elage saxlayacayig. Palata da goz yumur hec bir tedbir gormur

Shamil muellim 2019-10-16 08:54:50

Vahid Elekberovun Nikoyl banki belke de son 10 ilde 400 milyon zerer edib ve bu pullar Vahid Elekberovun cibinden cixib. Onnansa hec bu banki acmasaydi ve zererin yarsini ehaliye ehsan kimi paylasaydi hem savab qazanardi hem 200 milyonu cibinde galardi.

Son yazılar