Koreya Milli Assambleyasının Sədri Azərbaycana səfərə gəlib

Koreya Respublikası Milli Assambleyasının Sədri Mun Hi-sanq oktyabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Report xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Mun Hi-sanqı hava limanında Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşıladılar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar