Nursultan öz adına yol çəkdirir - "Nurlu yol"

nazarbayev3Qazaxıstan prezidenti Nursultan Nazarbayev xalqa növbəti müraciətində yol infrastrukturunun inkişafını xüsusi olaraq qeyd etmək niyyətində olduğunu bildirib.

N.Nazarbayev deyib: “Düşünürəm ki, növbəti müraciətdə məhz infrastrukturun inkişafı məsələsini qoyacağam. Baxmayaraq ki, çox işlər görmüşük, ölkə böyükdür. İqtisadiyyat yollar, yol şəbəkəsi yaxşı olanda inkişaf edə bilər, bu şəbəkə son illər diqqətdən kənarda qalıb. Biz Pavladordan keçməklə Astanadan Ust-Kamenoqorska qədər yaxşı yol çəkəcəyik, təxminən Astana-Kokşetau-Petropavlovsk yolu kimi. Astanadan Aktyubinskə və Xəzər dənizinə, Astanadan Almatıya, Almatıdan Ust-Kamenoqorska qədər. Yəni Astanada doğulan bu şəfəq hər yana yayılacaq – bax, bu yolu “Nurlu yol” adlandırmaq olar".

Prezident çıxışında qeyd edib ki, müstəqillik illərində Qazaxıstanda uzunluğu 40 min kilometrdən çox olan avtomobil yolları, 2500 kilometrdən artıq olan dəmir yolları çəkilib.

N.Nazarbayev deyib: “Bu iş davam etdiriləcək. Biz ölkəmizin bütün guşələrini bir-biri ilə əlaqələndirməliyik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar