Azərbaycan – İsveçrə oyununda yanğın baş verib – FHN dərhal müdaxilə edib

Dərc olunub: 15/10/2019 - 23:44

cb5f494f-afed-4e02-bdbc-d6f238b84396-768x576Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası ilə İsveçrə yığması arasında baş tutan Avropa çempionatının seçmə mərhələ oyunun zamanı yanğın baş verib.

Yanğın Kapital Bank Arenanın inzibati otaqlarından birində elektrik naqillərində baş verib.

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri dərhal yanğının qarşısını almağı bacarıblar.

Qeyd edək ki, bu “Kapital Bank Arena”da ilk beynəlxalq rəsmi oyundur/Report.






loading...


Fikrinizi bildirin