"Barış pınarı": Suriyada 637 terrorçu məhv edilib

Türkiyə ordusu Suriyada sərhəd boyu aparılan “Barış bulağı” əməliyyatı çərçivəsində 637 terrorçunu zərərsizləşdirib.

APA xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat yer alıb.

“Ümumilikdə 637 PKK və YPG terrorçusu Fəratın şərqinə doğru aparılan “Barış bulağı” əməliyyatı çərçivəsində məhv edilib”, - deyə məlumatda qeyd olunur.

***

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı" antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 611 terrorçusu zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bu barədə "Hürriyyet" məlumat yayıb. Qeyd olunub ki, 24 terrorçu təslim olub.

Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə bir neçə gündür Suriyanın şimalında “Barış pınarı” antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar