Türkiyə Prezidenti rusiyalı həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

"Report" xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.

Qeyd olunub ki, telefon danışğı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

İki ölkənin liderləri Suriyada, o cümlədən bu ölkənin şimalındakı vəziyyəti müzakirə edib, xüsusilə, Türkiyə ordusu ilə Suriya hökumətinin Silahlı Qüvvələri arasında qarşıdurmaların qarşısını almağın zəruriliyi qeyd ediblər.

Rusiya Prezidenti, Suriya-Türkiyə sərhədindəki bölgələrdə humanitar vəziyyətin gərginləşməsinə diqqət çəkib. Putin, eyni zamanda, terror təşkilatların, o cümlədən İŞİD silahlılarının mövcud vəziyyətdən yararlanmalarını qəbuledilməz hesab edib.

“Onsuz da terrorçular azad olmaq və qonşu ölkələrə sızmağa çalışırlar”deyə, Putin bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar