“Sanksiyalardan narahat deyilik” - Türkiyə Prezidenti

Rəsmi Ankara sanksiyalar təhlükəsindən narahat deyil və Suriyada “Barış pınarı” antiterror əməliyyatını davam etdirəcəyik.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdan zaman təyyarəsində jurnalistlərə verdiyi açıqlamada deyib.

“Məqsədimiz aydındır və heç bir sanksiyadan narahat deyilik. Bizim vəzifəmiz sərhədlərimizdən 32 km məsafədə terrorçuları təmizləməkdir”.

Onun sözlərinə görə, rəsmi Ankara Suriyanın Mənbiç və Kobani şəhərlərinin taleyi ilə əlaqədar Rusiya və ABŞ-la danışıqları davam etdirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar