Ərdoğan Maykl Penslə görüşə razılıq verdi (Yenilənib)

Dərc olunub: 16/10/2019 - 20:04


ERDOQTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Vitse-prezidenti Maykl Penslə görüşəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, Ərdoğan ABŞ nümayəndə heyətini sabah qəbul edəcək.

Qeyd edək ki, Ərdoğan daha əvvəl ABŞ-ın Vitse-prezidenti və Dövlət katibi ilə görüşmək fikrində olmadığını demişdi. Qeyd etmişdi ki, onlarla Türkiyənin Vitse-prezidenti Fuat Oktay və Xarici İşlər naziri Mövlud Çavuşoğlu görüşəcək. Özü isə görüş üçün Prezident Donald Trampı gözlədiyini vurğulamışdı.

Buna baxmayaraq, Ağ Ev israrla Ərdoğandan Pensi qəbul etrməsini xahiş edib. Ərdoğan oktyabrın 17-də Pensin qəbul etməyə razılaşıb.

***
PENS“Mən ABŞ prezidenti Donald Tramp gələndə onunla görüşəcəyəm”. “Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “SKY News” müxbirinin “ABŞ-ın nümayəndə heyəti buraya (Türkiyəyə-red.) gəlir. Narahatsınız?Onlarla nə barədə danışacaqsınız?” sualına cavabında deyib.

“Mən dimdik ayaqdayam. Niyə narahat olmalıyam? Onlarla görüşməyəcəyəm. Onlarla öz mövqedaşları görüşəcək. Mən Tramp gələndə onunla görüşəcəyəm”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Suriyadakı hadisələri Türkiyə ilə müzakirə etmək üçün ABŞ prezidenti Donald Tramp müavini Maykl Pens və dövlət katibi Maykl Pompeonun başçılıq etdikləri nümayəndə heyətini Ankaraya göndərir.






loading...


Fikrinizi bildirin