"BU GÜN İQTİDARDA OLAN BƏZİLƏRİ İŞİMİZƏ ƏNGƏL TÖRƏTMƏK İSTƏYİRLƏR" - Prezidentdən sensasiyalı bəyanat +VİDEO

"Bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir..."

"Kim altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik"

"Onu da bildirməliyəm ki, islahatlara qarşı bu gün iqtidarda olan bəziləri də çıxış edirlər"."Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi müşavirədə deyib.

Prezident İlham Əliyev ötən gün iqtisadi məsələlərə həsr edilmiş müşavirədəki çıxışı zamanı kifayət qədər sensasion bəyanatlar verib. Bildirib ki, hakimiyyətin içərisində islahatlara qarşı çıxış edənlər var. Və belələri islahatçı nazirləri mətbuatın əli ilə ləkələyir, gözdən salır.

"AzPolitika.info" Prezidentin çıxışından həmin mühüm fraqmenti təqdim edir:

- Hazırda gələn ilin büdcəsi hazırlanır və bilirsiniz ki, büdcə hər bir ölkənin əsas sənədlərindən biridir. Yeni hökumət qarşısında bir çox vəzifələr qoyulub. Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik? Düzdür, islahatlar aparılır, dediyim rəqəmlər bunun əyani sübutudur. Hər bir ölkə bu nəticələrlə öyünə bilər. Ancaq biz bilirik ki, ehtiyatlarımız çoxdur. Onu da bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük. Hesab olunurdu ki, bizdə elə sahələr var ki, orada islahatlar aparıla bilməz. Onlardan biri də vergi sistemidir. Hesab olunurdu ki, necə deyərlər, o biabırçı vəziyyət əbədi qalmalıdır və burada heç bir irəliləyişə nail ola bilmərik. Amma hər kəs gördü ki, biz vəziyyəti islahatlar yolu ilə düzəldə bildik. Büdcəyə 100 milyonlarla manat vəsait daxil olub, digər sahələrdə də həmçinin.

Sosial müdafiə sahəsində nə qədər pozuntular olub. Yeni nazir Sahil Babayev bunları üzə çıxardı və çox ciddi islahatlar aparır. Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz.

635x100

Şərhlər

Rabitəçi 2019-10-16 23:27:13

Azərpoçt qanunlarımız işləməyən bir müəssisədir...Azərpoçtdan rəsullar təmizlənməsə o müəssisədə müsbət inkişaf gözləmək xülyadır....?

Ardı 2019-10-16 23:27:13

Məmur xalqa xidmət üçün təyin olunur,vətəndaşı hakimiyyətdən narazı salmaq üçün yox..Rabitə Naziri sifariş əsasında peşəkar maliyyəçi-rabitəçini qanunsuz işdən azad etməsi, öz xidmətəri ilə cənab Prezident Sizin etimadınızın doğrultmamasından xəbər verir və ölkəmizdə sosial narazılıqları yaradan da belə məmurardır..? Cənab Prezident, Rabitə Nazirliyində yaranmış məmur özbaşnalığına son qoyulmasını və ƏƏSMN-nin məktubunun icra olunması üçün Rabitə Nazirliyinə göstəriş verməyinizi Sizdən xahiş edirik...

Ardı 2019-10-16 23:27:13

tələbləri pozularaq xitam verilməsi bildirilmişdir.S.Babayev kimi dəyərli məmurlar vətəndaşın dövlətə olan inamına öz xidmətləri ilə təkan verir,ancaq Rabitə Nazirliyinin birinci müavini Əli Abdullayev və müavin Elmir Vəlizadə öz xidətəri ilə vətəndaşı dövlətdən narazı salır,sosial narazılıqların artmasına şərait yaradır və məqsədləri bəlli deyil? Nazir müavini Əli Abdullayev ailəmə qarşı qərəzçilik müqaviməti göstərir, həyat yoldaşımın qanunsuz işdən azad olunmasını görmür,ƏƏSMN-nin mətubunu nəzərə almır..

S.Ənvərqızı 2019-10-16 23:27:13

Hörmətli cənab Prezident,həqiqətən də Sizin sərəncamınızla ƏƏSMN-i təyin olunmuş Sahil Babayev öz xidmətləri ilə dövlətimizə və xalqımıza sədaqələ xidmət edir.Həyay yoldaşım Rabitə Nazirliyi tərəfindən qanunsuz işdən azad edilməsi ilə əlaqədar Əmək hüququnun müdafiəsi üçün sabiq nazir S.Müslümova müraciət etmiş, müraciətinə qanunsuz cavab verilmişdir.Sahil Babayev nazir təyin olunduqdan sonra,onun ünvanına müraciət etmiş, müraciəti qanuni qaydada araşdırılmış və Əmək müqaviləsinə əmək qanunvericiliyin

Talışa 2019-10-16 23:27:13

Sizin yazdığlarınız dəliləri Azərpoçt indidə davam edir, başqa qurumlarda belə işlər görürsə vay bu millətin halına.

Rabitəçi 2019-10-16 23:27:13

NRYT-lar nazirliyin idarə edilməsində gənc kadırların təyinatına biz rabitəçilərdə doğurdanda sevindik, sevindik ona görəki illərlə bu sahədə rəhbər vəzifə tutanlar, rabitəçilərin yox, öz mənafelərini güdüblər, üstəlik bu sahədə neqativlik yaradıblar, düşündük təyin olunan bu gənclər, bu sahənin təmiz, vicdanlı mütəxəsislərilə əl-ələ verib bürokratlığı, neqativliyi aradan qaldırarlar, necəki bunu bir neçə nazirlik və komitələrdə etdilər amma bizdə tam tərsinə oldu bürokratları neqativlikləri başına yığdılar

Rabitəçi 2019-10-16 23:27:13

Hər bir sahənin öz özəlliyi və bir neçə nəsil mövcüddür, hava, su, yerüstü nəqliyyatlar artıq bir neçə nəsili təmsil edir, rabitədə bu siniflərə aiddir, elmin texnalogiyanın belə sürətdə inkişafına şübhəsizki son rabitəçi nəsilidə kənarda qala bilməz amma təssüflər olsunki həmin nəsil rabitəçiləri islahatdan başı çıxmayan yalnız bu adla sosializim sayağı alver edən NRYT-lar nazirliyi və qurumları demək olarki rabitənin inkişafının qabağını tam aldılar bu azmış kimi neqativlkləri bu sahədə inkişaf etdirirlər

AMİN 2019-10-16 23:27:13

Cənab Prezidentin fikirləri ilə tam şərikəm.Bütün sahələrdə islahatçılara qarşı köhnə kadrlar,o cümlədən,yeni düşüncə tərzindən uzaq olan insanlar mübarizə aparırlar.Hüquq mühafizə sahəsində də belədir.Prezidentimizin Məhkəmə-hüquq islahatı barədə sərəncamı hakimlərin əmək haqqının artırəlması istisna olmaqla icra olunurmu?Xeyir!

talış 2019-10-16 23:27:13

Allah köməyiniz olsun ne deyek təki ölkədəki neqatif faktlar aradan qaldirilsin korrupsiya və digər vəzifə cinayətlərinə son qoyulsun.İnşallah olar. Ən əsasida odur ki iş yerləri adi ilə yuzlərlə insanin adini işə yazıb əmək haqını mənimsəmək ücün bankomatlardan yuz nəfərin kartindan pul cixarib kef cəkən rəislərin kökünü kəsmək lazımdi. Adı işdə özü isə veyilənən ışcilərə şərait yaradlmasının qarşısı alinmalıdır. Bu da büdcənin talanmasıdır.Mal-materiallarıb bazar iymətindən yuxari alinmasidir.

Rabitəçi 2019-10-16 23:27:13

Cənab Prezident tam doğru söyləyir, buna misal NRYT-lar nazirliyi və onun qurumları, ömrü boyu işlədiyi sahədə yalnız əmmək haqqına şüküranlıq edən, ailəsinin maddi təminatını çətinliklə çatıran,mütəxəsis rabitəçiləri, kütləvi şəkildə islahatlar adıyla işdən çıxardıblar, adi bir misal, min nəfəri işdən kənarlaşdırıb elə o, qədər sayda kənardan qeyri rabitəçini işə götürüblər, əlbbətəki buna islahat yox rabitəçilərə mənəvi və maddi teror edilib şikayət edənlərə isə deyirlər bunu bizə yuxarıdan tapşırıblar.

Son yazılar