“Xarici jurnalistin yanlışlığından Ərdoğanın fikri təhrif olunub” - Mətbuat katibi

“Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Mayk Penslə bu gün görüşməyəcəyini bildirmişdi. Amma sabah prezidentimizlə və Xarici İşlər naziri ilə ayrı-ayrılıqda görüş nəzərdə tutulub”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə prezidentin mətbuat katibi İbrahim Qalın jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O deyib ki, xarici jurnalistin yanlış anlaması üzündən prezidentin fikri thrif olunub: “Belə məlumatlar yayılıb ki, Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşmək istəmir. Sonradan bu məsələyə aydınlıq gətirildi. ABŞ-dan gələn heyətin bu gün mənimlə görüşləri oldu. Gündəmdə olan Suriya mövzusu ətrafında müzakirələr və fikir mübadilələri apardıq. Müdafiə nazirimizlə də ayrıca görüşlər olacaq”.

Prezidentin sözcüsü deyib ki, “Barış bulağı” hərəkatını ləkələməyə çalışanlar çox əsəbi və komik durumdadırlar. “Barış bulağı” hədəfinə çatana qədər fəalyyətində davamlı olacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar