Bu gün Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu gün Bakıda keçiriləcək “Əsrin müqaviləsi”nin 20-ci ildönümünə həsr olunmuş tədbirlərlə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov APA-ya bildirib ki, tədbirlərə qatılan yüksək səviyyəli qonaqların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın Yusif Səfərov, Üzeyir Hacıbəyli, Mehdi Hüseyn, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Azadlıq, Neftçilər prospekti, "Azneft" dairəsi, Parlament, Heydər Əliyev, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələrində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və ya istiqamət dəyişdiriləcək.

Bununla əlaqədar sürücülərdən Bakının yollarında şəxsi avtomobillərdən az istifadə etmələri tövsiyə olunur.

Təhlükəsizlik tədbirlərinin sentyabrın 21-dək davam edəcəyi gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar