Zümrüd Yağmur və qızından Zakir Qaralova müraciət - “Şikayətçi deyilik” 

AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlının keçmiş xanımı Zümrüd Yağmur və övladları Baş Prokurorluğa müraciət edib.

Onlar müraciətlərində Fuad Qəhrəmanlıdan şikayətçi olmadıqlarını yazıblar:

“Bildirirəm ki, nə mənim, nə də qızlarım Selcan və Sənayın Qəhrəmanlı Fuad Əli oğluna qarşı heç bir şikayət və tələbim yoxdur, gələcəkdə də olmayacaq”.

Xatırladaq ki, Baş Prokuroluq ailə zorakılığına yol verdiyi barədə iddiaları əsas gətirərək Fuad Qəhrəmanlı barəsində müvafiq maddələrlə cinayət işi başlayıb.

635x100

Şərhlər

t.ədalət 2019-10-16 23:04:59

Kiminsə ailə vəziyyəti haqqında materialları dərc etmək əxlaqa sığmayan hərəkətlərdir.Keçmiş sovetlər birliyi zamanı xüsusi xidmət orqanları kimlərisə şərləmək üçün bu metoddan istifadə edir,ləkələmək istədikləri adamlar haqqında qəzetlərdə felyotonlar yerləşdirirdilər.Əlbəttə,bu ,əsasən Azərbaycanda baş verirdi..

Son yazılar