"Sağlam Yaşa" Balakəndə tədbir keçirib - FOTO

“Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu mövzusunda tədbirlər Balakən rayonunda davam edib.

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Gənclər Fondunun maliyyə dəstəyi ilə “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu” mövzusunda növbəti tədbirlərini Balakən rayonunda davam etdirib.

10 oktyabr 2019-cu il tarixində rayonun Gənclər evində keçirilən tədbirdə rayon gəncləri, ziyalılar və rayon texniki peşə kollecinin tələbələri iştirak etmişlər. Tədbiri Rayon İH-nümayəndəsi Fariz Nəcəfov acaraq mövzunun mahiyyəti haqqında qısa açıqlama verdi. Layihənin rəhbəri Səkinə Qəribova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Balakən rayonu üzrə məsul işçisi Ruslan Əfəndiyev, Gənclər evinin əməkdaşı Hürü Salmanova, kollecin tələbəsi Hüseynova Aişə və başqaları dini radikalizmin cəmiyyətimizə xas olmayan, dini-əxlaqi cəhətdən zərərli birləşmələr olduğunu qeyd etdilər.

Novbəti tədbir 11 oktyabr 2019- cu il tarixində rayon Mərkəzi kitabxanasında davam etdirildi.

Tədbirdə təşkilatın eksperti Tələt Qəribov dini radikalizm və ektremizmin cəmiyyətlərə vurduğu ziyanlardan, dindən siyasi məqsədlər üçün bəzi gənclərimizin yoldan çıxarılmasından, Dövlətimizin bu sahədəki fəaliyyətindən geniş məruzə ilə çıxış etdi. İştirakçılar kitabxana əməkdaşları ilə gənclərin kitabxanalardan niyə az istifadə etməkləri, asudə vaxtlarının necə təşkil olunması haqqında fikir mübadiləsi apardılar. Həticə olaraq qeyd edildi ki, təhsilsiz, dini baxışları düzgün başa düşməyən gəncləri bu kimi zərərli qruplara cəlb etmək asan olur. Sevindirici haldır ki, məktəblərimizdə həyat bilgisi dərsliyində bu mövzularda məlumatlar veriləcək. Sonda tədbir iştirakşıları TV-də vətənpərvərlik, dini və mənəvi əxlaqi dəyərlərin geniş təbliğ olunmasını təklif etdilər.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar