Davudoğlu azad edilən türk diplomatlarla görüşdü -FOTOLAR

Türkiyə baş naziri Əhməd Davudoğlu girovluqdan azad edilən türk diplomatları ilə görüşüb.ANS PRESS-in məlumatına görə, baş nazir Azərbaycandakı rəsmi səfərini yarımçıq qoyaraq təcili Şanlıurfa aeroportuna gəlib. Davudoğlu burada özünü İraq və Şam İslam Dövləti (İŞİD) kimi təqdim edən terror təşkilatı tərəfindən azad edilən 49 girovun hər biri ilə tək-tək görüşüb.

Diplomatlarla söhbət edən Davudoğlu sevincli olduğunu bildirib: "İki bayramı birdən qeyd edəcəyik. Demişdim ki, inşallah bayramdan əvvəl bir bayram daha edəcəyik. Allah bunu bizə nəsib etdi. Allah sizi bir daha ailələrinizdən ayırmasın".

Davudoğlu daha sonra diplomatlar və ailələri ilə birlikdə xüsusi təyyarə ilə Ankaraya hərəkət edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar