Fətullahçı xəfiyyələr polkovnikin oğlunu Bakıda necə öldürdü? - Sensasion iddia

Türkiyədə 2009-cu ildə “Ergenekon” əməliyyatı çərçivəsində həbs edilmiş xüsusi təyinatlı qüvvələr polkovniki, PKK-ya qarşı uzun müddət döyüşmüş Mustafa Dönməzin oğlunun Bakıda müəmmalı ölümü ilə bağlı sensasion iddia yayılıb.

Virtualaz.org xəbər verir ki, bir neçə ay əvvəl, Fətullah Gülənlə indiki prezident Rəcəb Tayyib Ərdoğan arasında münasibətlərin korlanmasından sonra azadlığa çıxan polkovnikin 21 yaşlı oğlunun Bakıdakı ölümünün adi qəza yox, planlaşdırılmış sui-qəsd olduğu iddia edilir.

Bu iddiaya Türkiyənin “Yeni Çağ” qəzetinin yazarı Yavuz Selim Demirağ öz

Xatırladırıq ki, polkovnik Mustafa Dönməzin oğlu, 21 yaşlı Alp Kaan Dönməz 2012-ci il, sentyabrın 1-də Bakının Binəqədi rayonu ərazisində avtomobillə vurulub. O, hadisə yerində ölüb.

DİN-in yaydığı məlumatda deyilirdi ki, naməlum avtomobil yolu keçmək istəyən Türkiyə vətəndaşı Alp Kaan Dönməzi vuraraq hadisə yerindən qaçıb.

Onu vuran avtomobil və sürücüsü bir neçə gün sonra müəyyən edilib. Məlum olub ki, hadisəni törədən sürücü 1967-ci il təvəllüdlü Hafiz Adıgözəl oğlu Vəliyevdir. O, Türkiyə vətəndaşını idarə etdiyi “Mercedes” markalı avtomobillə vurub. Həmin şəxs 2012-ci il, sentyabrın 12-də həbs olunub.

İndi belə görünür ki, polkovnik M.Dönməz oğlunun Bakıda təsadüfi qəza nəticəsində yox, planlaşdırılmış sui-qəsd nəticəsində öldüyünə inanır. Üstəlik ortada “Ergenekon” işinə dair istintaq çəkilişlərinin orijinalının olduğuna dair ciddi iddia var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar