“SƏFİR QABAĞINA KEÇƏNƏ LƏTİFƏ DANIŞIRDI…” – “NATO PA-da bizə ciddi dəstək ifadə olunmur”

“Azərbaycan Qoşulmayanlar Hərəkatına üzv olandan sonra tərəflərin bir-birinə marağı qarşılıqlı olaraq azalıb. Hətta Londondakı səfirimiz belə ilk dəfə idi ki, gözə dəymədi. Halbuki, o, Çexiyada səfir olanda NATO Parlament Assambleyasının Praqada keçirilən iclasında yanımızdan əl çəkmirdi”.

“AzPolitika.info”nun məlumatına görə, bunları bugünlərdə NATO Parlament Assambleyasının Londonda baş tutan sessiyasından qayıdan millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev deyib.

O, Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin NATO Parlament Assambleyasının sessiyasına laqeyd münasibətini ironic şəkildə sərt tənqid edib. Deputat, “bəlkə səfir xəstə olub, ona görə qatılmayıb” sualına belə cavab verib: “Parlament Assambleyasının iclasları keçirilən zaman səfir ənənəvi qaydada əhvalı yaxşı, qabağına keçənə, daha çox özünə ləzzət edən, haradansa öyrəndiyi primitiv lətifələrdən bir-ikisini danışıb, adi iş günlərini yaşayırmış”.

Q.Həsənquliyev bildirib ki, Assambleyada qəbul olunan hesabatlarda Gürcüstan və Ukraynadan fərqli olaraq, nə bizə, nə də neytrallığını elan etmiş Moldovaya ciddi dəstək ifadə olunmur. “PA-nın iş prinsipinə gəldikdə isə, əsas müzakirələr bir qayda olaraq komitələrdə keçirilir. Təhlükəsizliyin Mülki Ölçüsü Komitəsində Məlahət (Məlahət Həsənova-AzPol.) xanım çox fəal iştirak etdi. Mən isə Siyasi Komitənin iclasında iştirak etdim. Təəssüf ki, nümayəndə heyətinin digər üç üzvü Londona səfər edə bilmədiyindən biz digər üç komitədə keçirilən müzakirələrə qatıla bilmədik. Müzakirələrinə mənim də qatıldığım əsas məsələlər isə Rusiya, Türkiyə, Çin, Əfqanıstan, Şimali Afrika ilə bağlı idi. NATO Parlament Assambleyasının nə qədər ciddi siyasi institut olması barədə nəsə demək artıqdır. Biz o cür yüksək tribunalardan ünvanımıza yönələn ittihamlara cavab vermək, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün maksimum dərəcədə faydalanmalıyıq”.

“AzPolitika”

635x100

Şərhlər

Oğuz 2019-10-17 11:49:51

Məhz xarici işlər nazirliyinin ruspərəst rəhbərliyinin “xidmətləri” sayəsində Azərbaycanın avro-atıamtik məkana inteqrasiyası dayandırıldı. Bu işdə onlara Azərbaycanın güc orqanlarında əməlicə kök salmış digər ruspərəstlər də kömək etdilər, bu manqurt xislətli insanlar Azərbaycandan maaş alır və Rusiya Federasiyasına xidmət edirlər.

Diplomat-pensioner 2019-10-17 11:49:51

Hörmətli Qüdrət bəy, ictimai diqqətdən qaçıb-gizlənməyi bacara bilmiş xarici işlər nazirliyinin yarıtmaz fəalyyətini yorulmaz şəkildə ifşa etdiyinizə görə Sizə təşəkkür edirik. Bu, Sizin həqiqi vətənpərvərliyinizin göstəricisidir. XİN-dəki durum bataqlığa bənzəyir, rəhbərlik-nazir və onun müavinlərin hamısı bir nəfər kimi ruspərəstdir. İşçilərin peşəkarlığı biabrçı durumdadır, əksəriyyət təsadüfü şəxslərdən ibarətdir, hər şey pul ilə alınır-satılır. Milli əhval-ruhiyyə bu qurumda beç zaman olmayıb.

dadaşyev 2019-10-17 11:49:51

Aaaa!Başqa neyləməlidir?Bu cansıxıcı dünyada kimin bəxti gətirib dolanışığı super olubsa gününü nə iləsə gözəlləşdirməlidi ki,darıxmasın.Qoyası deyilsiniz adam lətifə danışmaqla gününü keçirsin?Lətifə də danışmasın neyləsin?Dərdi kimə söyləsin?

Son yazılar