“CİDDİ KADR İSLAHATLARININ ŞAHİDİ OLACAĞIQ” – “Məmurlar arasında düşmənçilik elə həddə çatıb ki...”

“Ölkə Prezidentinin çıxışını diqqətlə izlədim. Cənab Prezident 9 ay ərzində ölkə iqtisadiyyatında və sosial sahədə əldə edilən uğurların üzərində lakonik şəkildə dayandı. Bütün bu inkişafın daha geniş xarakter alması və gözlədiyimizdən daha yüksək sürətlə inkişafının vacibliyini önə çəkdi”.

“AzPolitika.info” xəbər verir ki, bunu “Modern.az”-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı Prezidentin oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə etdiyi çıxışı şərh edərkən bildirib.

Deputat qeyd edib ki, ölkə başçısı son təyinatlar barədə fikirlərini bu cür izah edib: “Eyni zamanda, cənab Prezident bu islahatların həyata keçirilməsi zamanı son təyinatlar barədə də danışdı. Həm Vergilər Nazirliyində, həm Gömrük Komitəsində, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində etmiş olduğu kadr dəyişikliyi, onların müasirliyi, XXI əsrin tələblərinə uyğun olaraq öz işlərini yüksək səviyyədə qurmasını vurğulamaqla bərabər, onlara qarşı “qara pia”dan da söz açdı. Mətbuat vasitəsilə çirkin kampaniyanın aparılmasının yolverilməzliyini, iqtidar daxilində ayrı-ayrı məmurlar tərəfindən şantaj edildiyini deməsi hər kəsin reaksiyasına səbəb oldu. Bu, bir daha onu göstərdi ki, ölkə Prezidenti iqtidar daxilində gedən bütün proseslərin fövqündədir və hər şeydən xəbəri var”.

Fəzail Ağamalının sözlərinə görə, məmurlar arasındakı düşmənçilik o səviyyəyə çatıb ki, Prezident bunu artıq açıqlamalı və önə çəkməli oldu: “Həmçinin, onlarla bir yerdə işləməyin mümkün olmayacağını deməsi ciddi xəbərdarlıq idi. Hər birimiz müxtəlif mənbələrdən daxil olan söhbətlərlə tanış idik. İqtidar daxilində müəyyən qüvvələr var ki, onlar az qala radikal müxalifətlə bərabərdilər, islahatların keçirilməsinə imkan vermirlər. Hər şeyə köhnə təfəkkürlə yanaşmağa çalışırlar. Bu məsələlər vardı. Yayılmış olan söz-söhbətlərin kifayət qədər əsası vardı ki, müşavirədə cənab Prezident bunu açıqladı və konkret mesajını verdi. İnanıram ki, yaxın zamanlarda ciddi kadr islahatlarının şahidi olacağıq və bunun əhəmiyyətini də görəcəyik”.

635x100

Şərhlər

Semed 2019-10-17 11:59:03

SEFER MEHDIYEV ne ile ferqlenir belke yazasiniz hormetli FEZAIL bey.Dunene qeder korrupsiyada eli olan memurlari ise qaytarib yuksek vezifelere teyin eleyib.CENAB PREZIDENTE ve 1 vitse PREZIDENTE edilen muracietleri saya salmir.arasdirmir.DGK ni oz sexsi mulkiyyeti hesab eleyir.oa savadsiz qohumlarini yerlesdirir DGK ne.

Oqtay 2019-10-17 11:59:03

İslahat birinci Milli Məclisdən başlaMALIDIR ELƏ fƏZAİL KİMİ ƏBƏDİ DEPUTATLARI ORADAN QOVMAQ LAZIMDIR VƏ YENİ DEMOKRATİK M.M. QURULMALIDIR YOXSA Kİ YUXARIDAN GƏLƏN HƏR SÖZƏ AMİN DEYİB orada boş boşuna oturub burun qurdalamaqla iş getməyəcək.Yalandan yığılıb orada Prezidenti tərifləmək lazım deyil iş görün ideya irəli sürün kömək budur yoxsa ət tökən yaltaqlıq iş görmək deyil bu 15 ildə hamı Prezidenti tanıyır və sizin bu yaltaq tərifiniz lazım deyil

dadaşyev 2019-10-17 11:59:03

Nədi?Rüstəm işə gedir?Bilirəm nətər işə gedəcək.Nətər ki instruta gedirdi haa,o təhər də işə gedəcək.

dadaşyev 2019-10-17 11:59:03

Fəzail müəllim,hörmətli cənab Prezidentimizin sadə,açıq-aydın,tərtəmiz Azərbaycan türkcəsində dediklərini biz də azəri olduğumuz üçün oxuyarkən tamamilə başa düşdük.Sən onları təkrarən bizə söyləməklə əlbət bizim bu dildə anlaya bilmədiyimizi nəzərdə tutmusan,ona görə izah etməyə çalışmısan.Yoxsa bunca təkrara nə hacət?

Bashirov Qarib 2019-10-17 11:59:03

Fəzaili muəllimin savadına,zəkasına heyranam.Deyir ki, bəzi məmurlar var ki,radikal muxalifət kimi islahatların aparılmasına imkan vermir.Yəni, muxalifət olmasaydı, ugurlu islahatlar aparılardı.Həm guclu inkişafdan danışır,həm də islahatın zəruriliyindən. Muxalifət də görur ki, guclu inkişaf gedir,hesab edir ki, islahatlara da ehtiyac yoxdur. Yəqin ki, hörmətli deputatımız bunu nəzərdə tutur.

vetendash 2019-10-17 11:59:03

TEZLIKLE GONDERIN PENSIYAYA PA(Prezident Administrasiyasi) - da BUTUN YASHLI, YUKSEK VEZIFELILERI ...., chunki, bunlar ...

miri 2019-10-17 11:59:03

Bir məmləkətdə Sizin kimi siyasət aparanlar var ikən, kadr islahatının nə olmasini təsəvvür etmək çətin deyil.

Rabitəçi 2019-10-17 11:59:03

Sadələdiyiniz nazirlik və komitələrdən fərqli olaraq, NRYT-lar nazirliyini, bunlara tay tutmaq olmaz, doğurdanda NRYT-lar nazirliyi özünü doğrutmadı, umud edirdik bu gənclər illərlə davam edən bürokratları, neqativlikləri bu sahədən təmizləyər, təssüflər olsunki bu gənclər, həmin bürokratlarla, neqativliklərlə əl-ələ verib, təmiz, vicdanlı, verilən əmək haqqlarına şüküranlıq edən, bu sahə üzrə ixtisaslaşmış mütəxəsis rabitəçiləri islahatlar adıyla sosializim sayağı işdən çıxartdılar.

Son yazılar