“Xarici və daxili mafioz qüvvələr onlardan istifadə edirlər...” – Qüdrət Həsənquliyev

“Prezidentin son aylar əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qəbul etdiyi qərarlar və islahatların davam etdiriləcəyi barədə verdiyi vədlər cəmiyyətdə sosial gərginliyi xeyli azaldıb. Mitinqin təşkilatçıları da bunu görür, xalqın onlara dəstək verməyəcəyindən əmin olduqları üçün Lökbatana getməkdən imtina edirlər”.

“AzPolitika.info”-nun məlumatına görə, bunları millət vəkili, BAXCP sədri Qudrət Həsənquliyev Milli Şuranın oktyabrın 19-da Bakıda razılaşdırılmamış aksiya keçirmək barədə qərarına münasibət bildirərkən deyib.

Onun fikrincə, müxalifət özünə əmin olsaydı, aksiyanı BŞİH-in göstərdiyi ərazidə keçirməyə razılaşardı. “Özünüz fikirləşin, 10 minlərlə insan onların çağırışına cavab verib, Lökbatana getmək üçün Azneftin, yaxud FHN-nin qarşısındakı dayanacaqlara toplanıb avtobus gözləsə, avtobus olmasa, piyada Lökbatana yürüş etsə, daha effektli olmazmı? O zaman iqtidar bunun qarşısını alarsa, haqlı olaraq həm cəmiyyətin, həm beynəlxalq birliyin ciddi təpkisi ilə üzləşər. Çünki Lökbatana yol iki istiqamətdən mümkündür. Yoxsa icazəsiz aksiya keçirib qarşıdurma yaratmaq, kiminsə həbsinə səbəb olmaq daha effektli olar? Aksiyaya icazə verilməsəydi, bu başqa məsələ”.

Deputat belə hesab edir ki, Milli Şura icazəsiz aksiya keçirməklə özlərinin “payız kampaniyası”nı hələ başlamamış yekunlaşdıracaqlar. “İndiyədək bu tipli qərarları çox olub. Mən üzümü narazı insanlara tutub deyirəm ki, kimin arxasınca getdiyinizin fərqində olun. Onlardan xarici və daxili mafioz qüvvələr islahatları durdurmaq üçün istifadə edir. Onlara elə məqamda elə tapşırıqlar veriləcək ki, böyük xəyal qırıqlığına uğrayacaq, siyasi proseslərdən uzun müddətə uzaqlaşacaqsınız. Rüstəm İbrahimbəyovun prezidentliyi məsələsində olduğu kimi. Xalqımızın isə indiki tarixi dönəmdə fəal vətəndaşlara çox böyük ehtiyacı var. Ailənizi və özünüzü mənasız məhrumiyyətlərlə üz-üzə qoyub, kimlərinsə oyunlarında iştirak edib, sivil təkamül prosesinə və ermənilərin arzuladığı formada ölkənin beynəlxalq imicinə zərbə vurmayın”.

“AzPolitika”

635x100

Şərhlər

Sovxozdan 2019-10-17 12:26:00

Dəyərli MV doğru fikirlər irəli sürüb! Onun Bütöv Azərbaycan Partiyası daha nisbətən boş qalan Xırdalan-Ramana istiqamətində geniş miqyaslı Qarabağ Azərbaycanındır!-nidasına dəstək nümayişi keçirsə münaqişəni bu ilin sonuna qədər həll edərdilər.

t.ədalət 2019-10-17 12:26:00

...... bəzisi indi parlamentdə yaman fəallaşıblar.Unudurlar ki,Azərbaycan balaca ölkədir.Kim kimin quyruğundan tutub sürünürsə,bunu hamı görür...

Son yazılar