Azərbaycan və Ermənistan XİN başçıları ilin sonuna qədər görüşəcək

Dərc olunub: 17/10/2019 - 18:12

f6995d19-7d8c-47c3-aec1-ef7e41f40ecaAzərbaycan və Ermənistanın xarici işlər nazirləri bu ilin sonuna qədər daha bir görüş keçirmək niyyətlərini təsdiqləyiblər.

“Report” xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfərinin nəticələrinə əsasən yaydığı bəyanatda deyilir.

Həmçinin qeyd olunur ki, vasitəçilər tezliklə Vyanaya səfər edəcək və ATƏT-in Daimi Şurasına və Minsk qrupunun üzvlərinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin gedişi barədə məlumat verəcək.

Xatırladaq ki, daha əvvəl ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün dekabr ayında Bratislavada keçirilə biləcəyini açıqlamışdı.






loading...


Fikrinizi bildirin