Vilayət Eyvazovdan daha bir rəis TƏYİNATI

Dərc olunub: 17/10/2019 - 18:17

vilayet eyvazovDaxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsində yeni təyinat olub.

APA xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nazim Ağababayev Nəqliyyatda Baş Polis İdarəsinin kadrlar idarəsinin rəisi təyin olunub.
Qeyd edək ki, buna qədər həmin vəzifədə Azər Sadıqov çalışıb. A.Sadıqov bu ilin avqustunda Türkiyədə vəfat edib.

Xatırladaq ki, A.Sadıqov BDU-nun keçmiş rektoru, akademik Abel Məhərrəmovun kürəkənidir.






loading...


Fikrinizi bildirin