İsitirahət günü hava necə olacaq? - Proqnoz

A3F491E4-4D97-4137-A811-5537DDA25B7C_mw1024_n_shavasSabah Bakıda hava yağmursuz olacaq

Sabah ölkə ərazisinə sabit hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova ANS PRESS-ə açıqlamasında bildirib ki, sentyabın 21-i Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulub açılacağı gözlənilir.

Mülayim şimal küləyi əsəcək. Temperaturun gecə 18-20°, gündüz 20-25° olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət 75-85% təşkil edəcək.

Rayonlarda, xüsusilə qərb rayonlarının bəzi yerlərində şimşək çaxacaq, yağış yağacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Dağlıq ərazilərdə nisbətən güclənəcək. Aran rayonlarında gecə 17-22°, gündüz 23-28°, dağlıq ərazilərdə gecə 5-10°, gündüz 11-16° isti olacağı gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar