Trampın Ərdoğana tərbiyəsiz məktubu ABŞ-da sərt etirazlar doğurub

Dərc olunub: 17/10/2019 - 21:25

87Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəp Tayyip Ərdoğana heç bir diplomatik və ədəb qaydalarına sığmayan üslübda məktub göndərib.
Həmin məktubda ABŞ dövlət başçısı Türkiyə prezidentini iqtisadiyyatı məhv edəcəyi ilə hədələyib və hətta ən sonda ona “axmaq” olmamağı tövsiyyə edib.
Qeyd etmək lazımdır ki, bu məktub ABŞ-ın özündə olduqca sərt təpkilərə səbəb olub.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ siyasi sisteminin iki hakim partiyasından prezidentə qarşı etiraz səsləri yüksəlib.

Demokrat konqresmen Mayk Kuiqli (İllinoys ştatı) əvvəlcə xəbəri zarafat zənn etdiyini yazıb.

“Prezident bunun bizə heç bir təsir göstərməyəcəyini fikirləşirsə, ən yüksək səviyyədə tərbiyəsizlik etmiş olur. Qoy, bütün dünya görsün ki, ABŞ prezidenti öz başındakı fikirləri necə qəzəblə kağıza köçürür”, - deyə demokrat siyasətçi facebook hesabında yzıb.

Öz növbəsində republikaçı konqresmen Castin Amaş (Miçiqan ştatı) Donald Trampın məktubunu “əsl dəlilik” adlandırıb. Onun sözlərinə görə, prezident öz hərəkətləri ilə ABŞ-ı Suriyada gücsüz vəziyyətə salıb və bütün nəticələri görməzdən gəlib.

“Bölgədəki fəlakətlər prezident Trampın eqoist yanaşma tərzinin nəticəsində törəyib və onun izlərini əks etdirir”, - deyə Castin Amaş qeyd edib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsini keçmiş zabiti Ned Prays prezidentin məktubunda, ümumi konteksdə bir sıra təhlükəli məqamların olduğunu vurğulayıb. Onun fikrincə, kürd generalının konfidensial məktubunun Türkiyə liderinə çatdırılması özü absurddur və bütün amerikalılıları qəzəbləndirməlidir.






loading...


Fikrinizi bildirin