Saakaşvili ABŞ-da həmişəlik qalmaq niyyətindədir

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-dan işgüzar viza almaq üçün sənədlərini təqdim edib. musavat.com-un xəbərin gərə, bu barədə “The Nyu York Times” nəşri yazıb.

Sakaşvili viza almaq üçün ABŞ-da turist statusunu dəyişmək istədiyini bildirib. O, bu ilin mayında Boston yaxınlığındakı nüfuzlu Tafts Universiteti ilə qırılmış əməkdaşlığı bərpa eləmək və bu ali məktəbdə təzədən mühazirələr oxumaq niyyətindədir.

Qəzetin yazdığına görə, eks-prezident olduqca fəal həyat tərzi keçirir: memuarlar yazır, mühazirələrlə çıxış edir, Vaşinqtonda elmi-tədqiqat institutunun yaradılmasında iştirak edir və öz köhnə dostları ilə - senator Con Makkeyn və dövlət katibinin köməkçisi Viktoriya Nulandla görüşür.

Xatırladaq ki, öz ölkəsində onun haqqında beynəlxalq axtarış elan edilib. Saakaşvili prezidentlik dönəmində vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar