Metronun “28 May” stansiyasının qarşısında qadın xuliqanlıq zəminində döyülüb

Dərc olunub: 17/10/2019 - 20:23

davaBakının Nəsimi rayonunda döyülmə olub.

APA xəbər verir ki, hadisə metronun “28 May” stansiyasının qarşısında, “Yeraltı” ticarət mərkəzində baş verib.

Belə ki, İsmayıllı rayon sakini, 1981-ci il təvəllüdlü Balayeva Reyhanə Ağasəmid qızı naməlum şəxs tərəfindən xuliqanlıq zəminində döyülüb. Qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.






loading...


Fikrinizi bildirin