“Barış pınarı”: Suriyada 702 terrorçu zərərsizləşdirilib

Dərc olunub: 17/10/2019 - 21:25

768c8393-f068-4f6c-b223-bd36b9647b17Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 700-dən çox terrorçusu zərərsizləşdirilib.

“Report”un “Anadolu” agentliyinə istinadla məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi xəbər yayıb.

Qeyd edilir ki, oktyabrın 9-da Fərat çayından şərqdə keçirilən “Barış pınarı” əməliyyatında təmizlənən PKK/YPG terrorçularının sayı 702 nəfərə çatıb.






loading...


Fikrinizi bildirin