Bakıda kütləvi dava – Yaralılar var

Dərc olunub: 17/10/2019 - 21:29

davaBakının Qaradağ rayonunda kütləvi dava zamanı 3 nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Ələt qəsəbəsində baş verib.

Belə ki, 3 nəfər naməlum şəxs xuliqanlıq zəminində paytaxt sakinləri – 1976-cı il təvəllüdlü İmaməliyeva Tahirə Məmməd qızı, 2000-ci il təvəllüdlü Ələkbərov Asim Vasif oğlu və 2000-ci il təvəllüdlü Cahangirov Mövlud Əhməd oğlunu döyüb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən ilkin istintaq araşdırmaları aparılır.






loading...


Fikrinizi bildirin