Türkiyə prezidentinin sözçüsü Rusiyanın Suriya üzrə xüsusi təmsilçisi ilə görüşüb

Dərc olunub: 17/10/2019 - 21:40

165ac2e06bb70ae1d7b52f33d10b53f9Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın Rusiyanın Suriya üzrə xüsusi təmsilçisi Aleksandr Lavrentyevi qəbul edib.
APA-nın yerli bürosunun Türkiyə prezidentinin mətbuat katibliyinə istinadən verdiyi xəbərə görə, İbrahim Qalın Rusiya nümayəndə heyətil iə görüşdə “Barış bulağı” əməliyyatını, İdlib və Menbiç strateji mövzularını müzakirə edib. PYD/PKK/YPG və İŞİD daxil, bütün terror təşkilatlarının Suriyanın ərazi bütövlüyü üçün yaratdığı təhlükə və Suriya məsələsində Türkiyə-Rusiya əməkdaşlığının davam etməsindən bəhs olunub.

Görüşdə, həmçinin Suriya konstitusiyasına dair yeni proseslər də analiz edilib.






loading...


Fikrinizi bildirin