Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub

Dərc olunub: 17/10/2019 - 22:25

f1b0537e-2a6c-40ad-8cd4-d89d0863de8aBakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

“Report” xəbər verir ki, hadisə Yasamal rayonu “20 Yanvar metrostansiyası” yaxınlığında qeydə alınıb.

Belə ki, “90-JM-358″ dövlət nişanlı 18 saylı sərnişin avtobusu “90-AN-286″ dövlət nömrə nişanlı “Lifan” markalı maşınla toqquşub. Hadisə nəticəsində heç kim xəsarət almasa da, hər iki avtomobilə ziyan dəyib.

Qəza ilə əlaqədar yolda böyük tıxac yaranıb.






loading...


Fikrinizi bildirin