“Türkiyəyə qarşı yeni sanksiyalara ehtiyac yoxdur” – Tramp

Dərc olunub: 17/10/2019 - 22:40

tramp-bmtABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq etməyəcək.

Bu barədə “Report” TASS-a istinadla xəbər verir.

Məlumata görə, ABŞ dövlət başçısı rəsmi Ankaraya qarşı yeni sanksiyaların tətbiq edilməsinə ehtiyac olmadığını deyib.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dost adlandırıb. Ağ Ev rəhbəri bildirib ki, o, Ərdoğanın noyabrda Vaşinqtona səfərinə açıqdır.






loading...


Fikrinizi bildirin