Azərbaycanın dövlət büdcəsinin profisiti 2,3 dəfə azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 16 871,2 mln. manat, xərcləri isə 16 690,6 mln. manat təşkil edib.

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, büdcənin icrasında 180,6 mln. manatlıq və ya ÜDM-in 0,3%-i qədər profisit yaranıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə büdcə gəlirləri 781,5 mln. manat və ya 4,8%, xərcləri 1 024,6 mln. manat və ya 6,5% artıb, profisit isə 2,3 dəfə azalıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar