ABŞ Qərbi Avropada "şpion əməliyyatları"nı dayandırdı

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Qərbi Avropa ölkələrində casusluq əməliyyatlarını dayandırıb.

APA-nın məlumata görə, bunu “Associated Press”ə MKİ-dəki mənbələrdən bildiriblər. Qeyd olunub ki, müttəfiqləri izləməyin nə qədər səmərəli olduğunu başa düşmək üçün rəhbərlik “fasilə” elan edib.

Məlumata görə, MKİ rəhbərliyinin məxfi direktivində bildirilir ki, bundan sonra qeyri-müəyyən müddətdə müttəfiq Qərbi Avropa ölkələrində casusluq əməliyyatları aparmaq, hökumətdəki mənbələrlə görüşmək, o cümlədən yeni agentlərin işə cəlb olunması qadağan olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar