Kılıçdaroğlundan Ərdoğana TƏŞƏKKÜR

Türkiyənin ana müxalifət partiyalarından biri olan CHP-nin sədri Kamal Kılıçdaroğlu türk diplomatlarının İŞİD girovluğundan azad olunmasına görə hökumətə təşəkkür edib. Modern.az saytı Türkiyə KİV-nə istinadla xəbər verir ki, CHP lideri girovların sağ-salamat azad olmasına görə şad olduğunu bildirib.

“Girovların itkisiz və sağ-salamat azad edilmələrinə görə şadam. Vətənimizin azad torpaqlarına, aiələlərinə, yaxınlarına və azadlığa çıxan vətəndaşlarımıza keçmiş olsun. Millətimizə və ailəsinə gözünüz aydın deyirik. Xilasetmə əməliyyatının düşünülməsi, planlaşdırılması, tətbiqi və tam istədiyimzi kimi nəticələnməsində payı olan hər kəsə təşəkkür edirəm”,-deyə K. Kılıçdaroğlu söyləyib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqda İŞİD girovluğunda olan ölkəsinin Mosul baş konsulluğunun diplomatlarının məxfi əməliyyatla azad olunduğunu bildirib.

Diplomatlar 3 aydan çoxdur ki, İŞİD girovluğunda idi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar