"AZƏRBAYCANDA NARKOTİKDƏN İSTİFADƏ LEQALLAŞDIRILACAQ" - Direktor

“Gec-tez Azərbaycanda yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq”.

Bunu APA-ya açıqlamasında Respublika Narkoloji Mərkəzinin direktoru Araz Manuçeri-Lalei deyib.

Respublika Narkoloji Mərkəzinin direktoru bildirib ki, bir sıra ölkədə yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılıb, bəzilərində bu məsələ müzakirə edilir. Onun sözlərinə görə, yüngül narkotik vasitələr ilk dəfə Niderlandda leqallaşdırılıb: “Bu gün Niderlandda çoxlu sayda narkotik istifadəçisi var. Amma onları çoxu narkotikdən istifadə etmək üçün Niderlanda başqa ölkələrdən gəlir. Niderlandın özündə sağlam həyat tərzi mühüm yer tutur və yerli əhali arasında narkotik istifadəçilərinin sayı çox azdır. Yüngül narkotik vasitələrin leqallaşdırılmasından sonra Niderland əhalisi arasında narkotik vasitə istifadəçilərinin sayında azalma qeyd alınıb".

A. Manuçeri-Lalei Niderlandda narkotik vasitələrdən mədəni surətdə istifadə edildiyini söyləyib: “Tutaq ki, biz həftədə bir dəfə kafedə, restoranda dostlarla toplaşıb araq, pivə içirik. Ola bilər ki, Niderlandda həftədə bir dəfə toplaşıb nəşə çəksinlər. Yaxud tərkibində kiçik dozada tiryək olan xüsusi şokoladlar, tortlar, kekslər yeyirlər. Niderlandın yerli əhalisində belə hallara tez-tez rast gəlinir. Maraqlı həm də odur ki, niderlandlılar siqaret çəkməyə spirtli içki içməkdən daha pis baxırlar. Siqaretin ziyanı spirtli içkiyə nisbətən daha çoxdur. Siqaret xərçəngə yol açır, bədənə, ürək-damar sisteminə zərəri daha artıqdır. Həftədə 50-100 qram arağın, pivənin, çaxırın zərəri gündə bir qutu siqaret çəkənlə müqayisədə daha azdır”.

Respublika Narkoloji Mərkəzinin direktoru leqallaşdırmanın da müəyyən məhdudiyyətləri özündə ehtiva etdiyini diqqətə çatdırıb: “Məsələn, Azərbaycanda spirtli içki leqaldır, lakin spirtli içki içərək sükan arxasında əyləşmək, evdə spirtli içki hazırlamaq, spirtli içkini lisenziyasız satmaq olmaz. İşə içkili vəziyyətdə gələnlər çox rahatlıqla işdən qovulur. Niderlandda marixuanadan istifadə leqal olsa da, marixuana çəkib avtoşluq edə bilməzlər. Bu halda həmin şəxsin cəzası narkotikdən istifadə etməyən şəxslə müqayisədə daha çox olur. İşə narkotik vasitədən istifadə edərək gəlmək də yolverilməzdir. Mən hesab edirəm ki, Azərbaycanda da gec-tez yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq. Bəlkə bu, 20, 30 il çəkəcək, ancaq cəmiyyət artıq bu yöndə gedir. Cəmiyyətdə, mətbuatda bu məsələ müzakirə edilir, deputatlar bu barədə danışır, müxtəlif məqalələr nəşr olunur. Əgər bu məsələ gündəmdədirsə, gec-tez bu addım atılacaq. Sadəcə, Niderlanddakı kimi millətin düşüncəsi buna hazır olmalıdır”.

A. Manuçeri-Lalei nəzərə çatdırıb ki, hazırda Azərbaycanda ağır narkotik dərman olan metadon hökumət tərəfindən xəstələrə təmənnasız verilir: “Məqsəd odur ki, həmin xəstələr başqa narkotik vasitə istifadə etməsinlər, narkotiklə bağlı cinayət törətməsinlər, sifilis, QİÇS, hepatit kimi xəstəlikləri iynə vasitəsi ilə yaymasınlar. Müalicə məqsədi ilə narkotik tərkibli bu dərman vasitədən istifadə edilməsi, əslində, bu istiqamətdə ilk addımdır. Cəmiyyət də artıq bunu qəbul edib. Bir müddətdən sonra yüngül narkotik vasitələrin leqallaşdırılması da qəbul ediləcək. Dünyada da başa düşüblər ki, narkotik vasitə istifadəçiləri ilə nə qədər mübarizə aparılsa da, say azalmır, artır. Qadağalar effekt vermir. Alimlər təcrübələr əsasında müəyyənləşdiriblər ki, ən düzgün yol bunu leqallaşdırmaqla nəzarətdə saxlamaq, zərəri azaltmaq və narkotik vasitələrini qəbul etmək mədəniyyətini yaratmaqdır”.

635x100

Şərhlər

vidadi goyce 2019-10-18 14:40:06

iran molla dushuncesinden qaynaqlanan metamorfoza

AAgahuseyn 2019-10-18 14:40:06

AZƏRBAYCANDA belə bir təbliqat tipli yazı iylə cıxış edən bir həkimə belə mühüm dövlət müəsisəsini hetbar etmək olmaz.İnanmıram ki,belə insandan xəstə müalicə edən olmaz.

dadaşyev 2019-10-18 14:40:06

Bəli.Narkomanlığa cinayət kimi yox,xəstəlik kimi baxılmalıdır.O zaman türmələr boşalar,polisə düşən hər adamın cibindən nəşə "çıxarılmaz",çünki çıxarmağın mənası olmaz,ona görə də evlər yıxılmaz,talelər korlanmaz.Həm də cəmiyyətin buna artıq xəstəlik kimi ikrahla baxdığını görənlər bu murdar vərdişdən əl çəkərlər.Ümumiyyətlə,nə ki qadağandır,o qadağanı pozmaq gənclər arasında qeyri-adi qəhrəmanlıq hesab olunub həmişə.

oxucu 2019-10-18 14:40:06

bir bu qalmışdı.hər işimiz düzəldı ,qaldı saqqal darağı.Utanmır danışır hələ .get iranda leqallaşdır bizə lazım deyil.

t.ədalət 2019-10-18 14:40:06

Narkotikanın ağırı,yüngülü olmur.Narkotika cinayət mənbəyidir.Onu leqallaşdırmaq istəyənlər Azərbaycanı PKK-ya çevirmək istəyirlər.Çünki PKK-dakı terrorçuları narkotika ilə hazırlayırlar.Ağılı başında olan adam yüzlərlə insanın qətlinə getməz.Narkotika,həm böyük gəlir mənbəyi,həm də millətin gələcəyinin məhvdir.ermənilər də bunu istəyirlər.Onu leqallaşdırmaq istəyən,ya yezuitdir,ya da ki erməni.Allah cəzasını versin!

Araz Manuçeri-Lalei, SERSEMLEME ! 2019-10-18 14:40:06

Araz Manuçeri-Lalei, SERSEM - SERSEM, DANISHMA, "MOLLALIQ" ETME AZERBAYCAN XALQINA..., ad soyadindan belli olur ki, Iranlisan ve AZERBAYCAN MILLETINE QARSHI DUSHMEN TEBLIQATI- KUTLEVI, NARKOTIK ZEHERINDEN ISTIFADENI, TEBLIQ EDIRSEN, AR OLSUN sene..

yalçın 2019-10-18 14:40:06

çox çağdaş və kreativ yanaşma..güneyli uzman qardaşımızın bu posta təyini doğru bir qərardır məncə..bu ağır dərd-azarlarımızdan biri hər baxımdan öyrənilib mümkün çarələri bulunmalıdır hökmən..həkimə uğurlar diləyilə..

Son yazılar