“Parlamentin səlahiyyətləri vaxtından əvvəl dayandırıla bilər”

“Ölkədə siyasi böhran olacağı təqdirdə, Gürcüstanın dövlət başçısı parlamentin səlahiyyətlərini vaxtından əvvəl dayandıra bilər”.

APA-nın məlumatına görə, bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili “İmedi” televiziyasına müsahibəsində deyib.

“Mən konkret vəziyyətdən çıxış edərək addımlar atacağam. Bu, mənim vəzifəmdir. Ciddi siyasi böhran yaranacağı təqdirdə, dövlət başçısı parlamenti buraxa bilər, amma hələ Gürcüstanda belə bir vəziyyət yoxdur”, - deyə prezident qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar