Dövlət Neft Fondu Milandakı daşınmaz əmlakını satıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2016-cı ildə aldığı Milan şəhərinin tarixi mərkəzində yerləşən, ümumi sahəsi 10 360 kvadrat metr təşkil edən “Palazzo Turati” A tipli ofis binasını 112 mln. avroya “Invesco Real Estate Management Sarl” şirkətinə satıb.

Virtualaz.org bildirir ki, bu barədə ARDNF məlumat yayıb.

“Palazzo Turati” ofis binasının icarəçisi qismində İtaliyanın dövlət qurumu olan Milan Ticarət Palatası çıxış edir. 2016-cı ildən bəri ARDNF qeyd edilən daşınmaz əmlakdan, ümumilikdə, təqribən 26 mln. avro həcmində gəlir (qiymət artımından və icarədən əldə edilən gəlirlər) əldə edib ki, bu da illik 7,2% gəlirlilik deməkdir.

Binanın satışı ilə əlaqədar ARDNF-in İcraçı direktoru Şahmar Mövsümov bildirib ki, bu daşınmaz əmlakın satışı uğurlu hesab edilir: “Bu cür əməliyyat, yəni birbaşa daşınmaz əmlakın satışı ARDNF-in daşınmaz əmlak portfeli üçün ilkdir və portfel üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu əməliyyat nəticəsində daşınmaz əmlak portfelində əlavə vəsait yaranır ki, bu da, öz növbəsində, daşınmaz əmlak fondları vasitəsilə portfelin daha da diversifikasiya edilməsinə, o cümlədən Avropa, Şimali Amerika və Asiya-Sakit okean regionlarına fokuslanmağa imkan yaradır”.

Qeyd edək ki, ARDNF "Palazzo Turati" ofis binasını 2016-cı ilin yanvar ayında 97 mln. avroya almışdı.

635x100

Şərhlər

Azer 2019-10-18 22:55:57

Salam. Illik 7,2% gelir verir ve 3 ile qiymeti 15 mln.avro artan emlaki satmaqdaqdansa, 1-2% kimi aśagi faizle depozit qoyulmuś vesaitden geri çekmek iqtisadi baximdan daha semereli olardi. Qizil yumurta veren toyugu kesmek düz deyil...

Son yazılar