Vəhabi “xox”u, yoxsa reallıq?

Azərbaycanda sosial şəbəkələr vasitəsilə məzhəblərarası qarşıdurmaya çağırışlar yer alıb.

“Facebook” sosial şəbəkəsində “Enekin Skayvoker” adı ilə qeydiyyatdan keçən şəxs “İran Şeytanları Respublikası” adlı profilində əhli-sünnə məzhəbindən olanları Azərbaycanda şiələrə başlanacaq silahlı mübarizəyə hazır olmağa çağırır.

Bunula yanaşı Azərbaycan şiə-müsəlmanlarının tanınmış din xadimlərindən Hacı Şahin Həsənliyə qarşı sui-qəsdin törədiləcəyi də açıq şəkildə yer alır.

Sosial şəbəkədə çağırış edən şəxs bu günə kimi İnternet resursları vasitəsilə daim Azərbaycandakı məzhəb dostlarını mücadiləyə səslədiyini, amma qarşısının alındığını da yazaraq bundan sonra “Enekin Skayvoker” adlı profil vasitəsilə əlaqə saxlayacağını bəyan edir.

“Enekin Skayvoker” profilində Fərman Çətin adlı birinin əlində hərbi təyinatlı bıçaq tutmuş şəkli, Mirzəhməd Əl-Qusari adlı digərinin isə əli ilə müəyyən işarə göstərdiyi fotosu yayılıb. Fotonun altında Azərbaycanda şiələrə qarşı hədə dolu ifadələr yer alır, Ş. Həsənlini qətlə yetirmək üçün məzhəb qardaşlarının uzun müddətdən bəri hazırlıq görməsi haqda fikrilər əksini tapır.

Şəkilaltı yazıda Ş.Həsənlinin qətlə yetirilməsinin nəzərdə tutulması F.Çətin adlı şəxsin ən böyük layihələrndən biri adlandırılır. Profildəki məlumata görə, Əmir Fərman Çətin hazırda Qusar rayonundakı meşədədir, orada baza qurub, əhatəsinə minalar qoyulub. Şeyx M.Əl-Qusari bir çox yerlərdə dini təhsil alıb, F.Çətin isə onun tələbəsidir. O, Əmir Fərman Çətinə Azərbaycanda şiələrə qarşı cihad fətvası verib.F.Çətin Suriyada şiələrə qarşı qələbəni gözləyir, o zaman Suriyadakı hadisələrin Azərbaycanda baş verəcəyi barədə xəbərdarlıq edilir.

Sonda isə “Allah “Meşə qardaşları”nı qorusun! Amin!” şüarı yerl alır. Şəklin kənarındakı şərh yerlərində profil sahibinin dostları açıqladıqları rəyləri ilə statusu bəyəndiklərini bildiriblər.

Xatırladaq ki, Qusar rayonunda bu il oktyabrın ortalarında “Meşə qardaşları”ndan olmaları ehtimal edən silahlı şəxslərin polislərə basqını baş verib. Bu basqın nəticəsində bir polis zabiti qətlə yetilrib, daha 3 polis nəfəri yaralanıb.

Güc strukturlarının keçirdikləri əməliyyat nəticəsində basqında iştirakçı olan 3 şəxs məhv edilib. Bu şəxslərlə əlaqədə şübhəli bilinən daha bir şəxs həbsə alınıb.(contact.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar